Modern.az

Deputatın seçicilərlə görüşü təxirə salındı

Deputatın seçicilərlə görüşü təxirə salındı

18 Mart 2020, 15:22

Milli Məclisin deputatı Tamam Cəfərova seçicilərlə keçirəcəyi ilk görüşü koronavirusa görə təxirə salıb.

 

Bu barədə Modern.az-a deputatın özü məlumat verib. O qeyd edib ki, ilk görüş mart ayının 24-nə planlaşdırılmışdı:

 

“Nazirlər Kabineti yanında Operativ Qərargah mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə xüsusi rejimdə iş normalarına dair təlimatlar qəbul edib. Təlimata əsasən vətəndaşların qəbulu təxirə salınıb. Vətəndaş müraciətləri əsasən elektron formada qəbul ediləcək. Bu müddət ərzində mən də seçicilərimlə “online” şəkildə əlaqə saxlayacağam, problemlərini  həll etməyə çalışacağam. Müraciətlər elektron qaydada qəbul ediləcək. Seçicilərim müraciət və təkliflərini "tamamjafarova.az" saytına, “Facebook” və “İnstagram” səhifələrimə ünvanlaya  bilərlər. Həmçinin, məktubları Milli Məclisə də göndərmək mümkündür.

 

Virusla mübarizə bitdikdən, xüsusi rejim ləğv edildikdən sonra  hər ay 2 dəfədən az olmayaraq rayonumuzda və kəndlərdə görüşlər keçirəcək və hər bir seçicinin problemlərini diqqətdə saxlayacağam”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi