Arxiv
18 mart 2020, 16:10 | MÜSAHİBƏ
““Atəşgah məbədi” qədim mədəni əlaqələrimizin ən bariz nümunəsidir” - Hindistanın Azərbaycandakı səfiri

Hindistanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna Modern.az saytına müsahibə verib.

                                              

 

- Cənab səfir, Azərbaycan və Hindistan arasındakı əlaqələr sizi qane edirmi?

 

- Hindistan və Azərbaycan arasındakı münasibətlər son illər ərzində siyasi, iqtisadi, mədəni səviyyələrdə inkişaf edib. Ümumilikdə, iki ölkə arasındakı münasibətlər bütün sahələrdə, o cümlədən enerji, ticarət, təsərrüfat, təhsil, tikinti, mədəniyyət və s. sahələrdə dayanmadan inkişaf edir. Əsasən də, biz biznes cəmiyyətləri arasındakı maraqlarda xüsusi artım müşahidə etmişik. Əməkdaşlığın inkişaf edən sahələrindən biri də insanlar arasındakı əlaqədir. Hindistandan Azərbaycana gələn ziyarətçilərin sayında artım müşahidə olunur. Bizim həmçinin texniki və iqtisadi əməkdaşlıq sahələrində həyata keçirilən proqramlarımız var. Regional səviyyədə, hər iki ölkə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizində əməkdaşlıq edir. Azərbaycanın sədrliyi altında keçirilən “Qoşulmama” Hərəkatı da həmçinin bu iki ölkənin əməkdaşlıq etdiyi platformalardan biridir. 2019-cu ildə Azərbaycan və Hindistan arasındakı ümumi ticarət dövriyyəsi 1.092 milyard ABŞ dolları olub, hansı ki, keçən il ilə müqayisədə 18 faiz artım deməkdir. İkitərəfli ticarətin əsas kompenenti Azərbaycanın Hindistana ixrac etdiyi xam neftdir. Keçən il Hindistan Azərbaycana 136 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib, hansı ki, 2018-ci illə müqayisədə 33 faiz artım deməkdir. Azərbaycan üçün Hindistan ixraca görə 4-cü ən geniş bazara malikdir.

 

 

 - Cənab Vanlalvavna, Hindistan və Azərbaycan arasındakı ticarət dövriyyəsi hansı sahələrdə aparılır və Hindistan bu gün Azərbaycana nə ixrac edir?

 

- Hindistan Azərbaycana müxtəlif növ məhsul ixrac edir. Hindistanın əsas ixrac etdiyi məhsullar düyü, mobil telefonlar, əczaçılıq məhsulları (dərmanlar), mühəndislik məhsulları, ət, çay, ədviyyatlar və s. təşkil edir. Hazırda, Hindistan Azərbaycana ən geniş düyü ixrac edən ölkədir və ölkədə Hindistan düyüsünə geniş tələbat var. Hindistanın digər mühüm ixrac məhsulu mobil telefonlardır, hansına ki son illərdə tələbat artımı müşahidə olunub. Hindistan həmçinin Azərbaycana əczaçılıq məhsulları və çay ixrac edir. Lakin, biz inanırıq ki, iki ölkə arasındakı ticarətin tərkibində və kəmiyyətində böyük potensial var. Həm Hindistan, həm də Azərbaycan öz iqtisadiyyatlarının bəzi sahələrində ənənəvi üstünlüklər var. Bu üstünlüklərdən istifadə edərək hər iki tərəf arasındakı iqtisadi əməkdaşlıq inkişaf etdirilməlidir.

 

- Bilmək istərdik ki, Hindistan sərmayəçiləri Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar? Hal-hazırda bizim ölkəmizə investisiya yatıran hind şirkəti varmı?

 

- Hindistanın Azərbaycandakı əsas investisiyası ONGC Videsh Ltd tərəfindən Azəri-Çıraq-Günəşli və Bakı-Tiflis-Ceyhan kəmər boruları layihələrində edilmişdir. Həmçinin, 300-dən çox hind şirkəti Azərbaycanda qeydə alınıb və onlar əsaən pərakəndə, qida və restoran sənayelərini təmsil edir. Onların çoxu kiçik və orta ölçülü bizneslərdir. Bizim həmçinin neft şirkətləri, mühəndislik sahələri və İT-də podoratçı kimi fəaliyyət göstərən bir neçə şirkətlərimiz var. Bu ölkədə daimi iz qoymaq üçün və iqtisadi əməkdaşlığımızı inkişaf elətdirmək üçün öz biznesmenlərimizi Azərbaycanda investisiya etməyə çağırırıq. Eyni zamanda, Hindistanda da həmçinin çoxlu investisiya imkanları var, hansıları ki, Azərbaycan biznesmenləri bunları araşırmalıdırlar.

 

 

- Cənab səfir, yaxşı bilirik ki Hindistan mədəniyyətin dünya mədəniyyətinə böyük töhfələri olub. Həmçinin Azərbaycan mədəniyyəti də, dünya mədəniyyətinə zamanla inteqrasiya edib. Məsafələrin uzaq olmasına baxmayaraq mədəniyyətlərimizin arasındakı yaxınlıq barədə hansı fikirləriniz var?

 

- Çox maraqlı bir sual səsləndirdiniz. Öncə onu qeyd edərdim ki, hind kinoları və mahnılarının Azərbaycan mədəniyyətində izi vardır. Doğru vurğuladınız. Məsafələr uzaq olsa da, ölkələrimiz və mədəniyyətlərimiz arasında bir çox yaxınlıqlar, əlaqələr müşahidə olunur. Mənim fikrimcə, həm Hindistan, həm də Azərbaycan zəngin mədəni irsə sahibdir. Atəşgah, iki dövlət arasındakı qədim mədəni əlaqələrin ən bariz nümunəsidir. İki ölkə arasında mətbəx və musiqi sahələrində çoxlu mədəni oxşarlıqlar var. Dil sahəsində də, həmçinin . Poeziya, rəqs, kino, teatr, ədəbiyyat və musiqi sahələrində də, Hindistan və Azərbaycan sıx əlaqəlidir. Hind kinoları, musiqisi və rəqsləri Azərbaycanda çox sevilir. Mənim fikrimcə, Hindistanda meydana gəlmiş “Yoqa” Azərbaycanda gündəlik həyatın bir parçasına çevrilib.

 

- Hindistandakı “Bollivud” film studiosu, film sektorunda istehsal həcminə görə dünyanın ikinci ən böyük film studiosudur. Bugünkü Hindistan film istehsalı kino fondu və buradakı kapital haqqında nə söyləyə bilərsiniz?

 

- “Bollivud” Hindistanda ən çox çiçəklənən sənayelərdən biridir, hansı ki, bütün dünyada geniş izləyici auditoriyasına sahibdir. Son illərdə, bizim film sənayemizdə Azərbaycanı çəkiliş yerləri kimi istifadə etməyə başlamasını müşahidə etmişik. Mənim fikrimcə, bu, Azərbaycanı Hindistandakı geniş auditoriyaya təqdim etmək üçün çox yaxşı bir üsuldur. Ümid edirəm ki, gələcəkdə hind kinoları müasir Azərbaycan kinoteatrlarında yenidən geniş izləyici kütləsinə nümayiş olunacaq.

 

- Sovet vaxtında belə, Azərbaycanda Raj Kapur, Hema Malini, Dxarmendra, Mithun Çakrabati və başqaları kimi hind film ulduzlarına maraq yaranıb və onların Azərbaycanda xeyli pərəstişkarları olub. Sizcə biz hind kinolarını niyə belə çox sevirik?

 

- Adlarını sadaladığınız film ulduzları təkcə Hindistan kinosunun deyil, dünya kino ulduzlarıdır. Bu mənada hind kino sənəti dünya kinosuna zamanla öz töhfələrini vermişdir və verməkdə davam edir. Film sektorumuzdakı bu cür zənginlik düşünürəm ki, mədəniyyətimizin və cəmiyyətimizin zənginliyindən irəli gəlir. Hind mədəniyyəti geniş və çoxsahəlidir. Bir çox hind kinoları cəmiyyətdəki və ailədəki dəyərlərdən bəhs edir. Onlar həmçinin çox əyləncəlidirlər. Mənim fikrimcə, Azərbaycan xalqının hind kinolarını belə çox sevməsinin səbəbi bizim dəyərlərimizdəki oxşarlıqlar və paylaşdığımız digər mədəni aspektlərdir. Hal-hazırda da, hind film sektorunda geniş inkişaf müşahidə olunmaqdadır. Mən Hindistan vətəndaşı kimi ölkəmin bu sahədəki uğurlarından çox məmmunam.

 

- Ölkələrimiz arasındakı əlaqələrə toxunduq. Bu mənada Hindistana getmək və oranı canlı müşahidə etmək istəyən Azərbaycan vətəndaşları çoxdur. Maraqlıdır, Hindistana getmək üçün viza verilməsinin əsas prinsipləri hansılardır?

 

- Hind vizası almaq çox sadə bir prosesdir. Bunun üçün pasport və ziyarətin səbəbi kimi məlumatlardan istifadə edərək aplikeyşnların doldurulması gərəkdir. Azərbaycan vətəndaşları üçün Hindistana viza almaq haqqındakı bütün məlumatları bizim səfirliyimizin veb-saytında ətraflı qeyd olunub.

 

- Bəs Azərbaycandan Hindistana il ərzində nə qədər turist gedir və bu say sizi qane edirmi?

 

- Hindistana gedən Azərbaycanlıların sayı 1300-ə yaxındır. Azərbaycanın Hindistana olan sevgisini nəzərə alaraq demək olar ki, bu rəqəm çox aşağıdır və bu rəqəmi artırmaq üçün geniş miqyas var.

  

- Maraqlıdır, cənab səfir Azərbaycanda ən çox nəyi sevir?

 

 - Mənim Bakıdakı təcrübəm çox pozitiv olub. Mənim fikrimcə, Azərbaycan xalqı əsasən də, hindistanlılara qarşı bizim qədim tarixi əlaqlərimizdən irəli gələrək çox mülayim və mehribandırlar. Onların hind kinolarına və mahnılarına olan sevgiləri onları Hindistana daha da yaxınlaşdırır. Mən Bakıda və Azərbaycanın digər şəhərlərində kiçik zamanda baş verən sürətli inkişafdan heyranam. Mən Azərbaycan mətbəxini, Bakının küçələrini, gözəl kənd yerlərini və ən əsası da qarşıma çıxan insanların pozitiv əhval-ruhiyyələrini çox sevirəm. Azərbaycan xalqına xoşbəxt və firəvan həyat arzu edirəm… 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kimlər işsiz sayılmır? - RƏSMİ CAVAB 7 Aprel 2020, 12:18 Genefondumuz üçün vacib addımlar atılır - Partiya sədri 7 Aprel 2020, 12:17 QHT Şurası Real TV ilə yeni kampaniyaya başlayır 7 Aprel 2020, 12:06 Sarkisyan Aprel döyüşləri ilə bağlı dindiriləcək 7 Aprel 2020, 12:00 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - Video 7 Aprel 2020, 11:54 Rusiyada koronaviruslu xəstələrin sayı 7500-ə çatdı 7 Aprel 2020, 11:50 Hacı Əbdüllə bağlı xatirələrim var... 7 Aprel 2020, 11:46 Nazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək 7 Aprel 2020, 11:40 Ermənistanda COVİD-19-a yoluxanların sayı 853-ə çatdı 7 Aprel 2020, 11:36 “Görülən tədbirlərə hər bir vətəndaş dəstək olmalıdır” - Deputat 7 Aprel 2020, 11:35 Karantin qaydalarını pozan 6945 nəfər cəzalandı 7 Aprel 2020, 11:31 Azərbaycan hərçiləri Cənubi Sudanda 7 Aprel 2020, 11:25 Bakıda kirayəhaqqını ödəməkdə çətinlik çəkənlər... 7 Aprel 2020, 11:23 Qadınlara qarşı cibgirlik edən şəxs saxlanıldı - VİDEO 7 Aprel 2020, 11:22 RİİB və Yasamal RİH-dən xeyriyyə aksiyası - FOTO 7 Aprel 2020, 11:17 Mərkəzi Bank bu bankları qalib elan etdi - SİYAHI   7 Aprel 2020, 11:12 Çinin qonşusu olan bu dövlətdə virusdan ölən olmayıb - cəmi 15 yoluxma... 7 Aprel 2020, 11:06 Ombudsmanın təklif etdiyi 10 məhbus da əfv olunub 7 Aprel 2020, 11:00 Ailə üzvlərini yandıran kişi saxlanıldı 7 Aprel 2020, 10:54 Bakıda kişi mağazadan belə oğurluq etdi - VİDEO 7 Aprel 2020, 10:48 BMT baş katibi tibb işçilərinə təşəkkür etdi 7 Aprel 2020, 10:42 Əfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxdı 7 Aprel 2020, 10:36 Azərbaycanda hərarəti olan məhkumlar daxili karantinə götürülür 7 Aprel 2020, 10:30 Habil Əliyevin internetdə olmayan MÜSAHİBƏSİ: “Evlənəndə ağlım kəsməyib...” - MARAQLI 7 Aprel 2020, 10:24 Neft yenidən bahalaşdı 7 Aprel 2020, 10:18 İcazəsi olmayan şəxslərin küçədə hərəkəti - FOTOLAR 7 Aprel 2020, 10:12 Nuşirəvan Məhərrəmov fəaliyyətini bu qurumda davam etdirəcək 7 Aprel 2020, 10:05 Şəmkirdə dəhşət - kişi arvadını, oğlunu, gəlinini və nəvəsini yandırdı 7 Aprel 2020, 09:58 Karantin qaydalarını pozan sürücü həbs edildi - FOTO 7 Aprel 2020, 09:52 Balakəndə civə alverçiləri saxlanıldı - FOTO 7 Aprel 2020, 09:46 Araz Əlizadə:Hacı Əbdül haqqında danışmağa xatirəm yoxdur 7 Aprel 2020, 09:40 Cəbhədə gərginlik artıb - düşmən atəşkəsi 23 dəfə pozdu   7 Aprel 2020, 09:35 114 yaşlı "Molla Nəsrəddin"... 7 Aprel 2020, 09:33 ATƏT Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımadığını konkret ifadə edib - Səməd Seyidov 7 Aprel 2020, 09:30 Bu ölkədə bir gündə 30 min nəfər yoluxdu 7 Aprel 2020, 09:24