Modern.az

Tramp Kim Çen Ina əməkdaşlıq təklif etdi

Tramp Kim Çen Ina əməkdaşlıq təklif etdi

Hadisə

22 Mart 2020, 08:40

ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Ina məktub göndərib və ona “epidemiya” ilə mübarizədə əməkdaşlıq etmək istədiyini bildirib.

 

Modern.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

 

“Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən Kim Çen Ina göndərilən fərdi məktub aldıq. Məktubda o, iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək planını da izah edib və epidemiya əleyhinə işlərdə əməkdaşlıq etmək niyyətində olduğunu bildirdi”, - məktubda belə deyilir.

 

Qeyd olunur ki, Tramp da “sədrin ad günü təbriklərini aldığını eşitdikdən sonra” Kim Çen Ina və KXDR xalqına rifah diləyib və “sədrlə münasibətləri yüksək qiymətləndirdiyini” deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır