Modern.az

Tahir Süleymanov Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat AYIRDI

Tahir Süleymanov Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat AYIRDI

23 Mart 2020, 12:14

Milli Məclisin 54 Saylı Şabran – Siyəzən Seçki Dairəsindən dörd çağırış deputatı olmuş Tahir Süleymanov Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ayırıb.

 

Bu barədə Modern.az saytına məlumat verən Tahir Süleymanov qeyd edib ki, imkanı olan hər kəs Azərbaycan Prezidenti İlham Əliyevin kronavirusla mübarizə üçün çağırışlarına cavab verməlidir:

 

“Biz bütün məsələlərdə Prezidentimizin, dövlətimizin, xalqımızın yanındayıq. Hesab edirəm ki, Prezidentimizin hər bir addımı ümumilli liderimiz Heydər Əliyev siyasətinin davamıdır. Dövlət başçısı bu məsələdə də ölçülüb,biçilmiş, milli maraqlara xidmət edən qərarlar qəbul etməklə insanlarımızı maksimum dərəcədə bu virusdan xilas etməyə çalışır. Biz də hər an Prezidentimizin yanında olmalıyıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?