Modern.az

Kuba İtaliyaya tibbi briqada göndərəcək

Kuba İtaliyaya tibbi briqada göndərəcək

Dünya

22 Mart 2020, 11:45

Kuba yeni tip koronavirus (Covid-19) pandemiyası ilə mübarizə çərçivəsində İtaliyaya tibbi briqada göndərəcək.

 

Modern.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, 52 nəfərlik tibbi heyətdən ibarət qrup bu gün İtaliyanın koronavirusdan ən çox təsirlənən Lombardiya vilayətinə yola düşəcək.

 

Bu artıq 6-cı tibbi briqadadır ki, Kuba koronavirusla mübarizə üçün müxtəlif ölkələrə göndərir. Kubalı həkimlər Venesuela, Nikaraqua, Yamayka, Surinam və Qrenadada koronavirusla mübarizədə yerli həkimlərə kömək edirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı