Modern.az

Postlarda 2792 avtomobil geri qaytarılıbDYP

Postlarda 2792 avtomobil geri qaytarılıb – DYP

22 Mart 2020, 12:38

“İndiyə qədər Bakı, Abşeron və Sumqayıt ətrafında yaradılmış müvəqqəti postlarda 2792 nəqliyyat vasitəsi geri qaytarılıb”.

 

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. O qeyd edib ki, son sutka ərzində müvəqqəti yaradılmış postlarda xidmət aparan polis əməkdaşları tərəfindən Bakı-Ələt yolunun 65-ci kilometrindən 325, Bakı-Şamaxı yolunun 31-ci kilometrindən 115 və Bakı-Quba yolunun 45-ci kilometrindən 73 nəqliyyat vasitəsi geri qaytarılıb:

 

“Bakı, Sumqayıt və Abşeron rayonlarında qeydiyyatda olmayan şəxslər, hansılar ki, həmin postlardan buraxılmırlar, onların bəziləri kənar yollardan istifadə etməklə, piyada şəkildə bu şəhərlərin ərazisinə daxil olmağa çalışırlar. Həmin şəxslər bilməlidirlər ki, bu tədbirlər epidemiyanın qarşısının alınmasına yönələn hərəkətdir. Bu inzibati xətanı törədən fiziki şəxslər 100 manatdan 200 manata,  1500 manatdan 2000 manata qədər cərimə olunacaqlar. Həmçinin işin halları, xətanı törədənin şəxsiyyəti də nəzərə alınmaqla 1 ayadək müddətədək həbs, hüquqi şəxslərə isə 2000 manatdan 5000 manata qədər məbləğdə cərimə nəzərdə tutulur. Onların hərəkətləri hər hansı şəxsin yoluxmasına səbəb olarsa, bu halda cinayət məsuliyyəti gözləyir. Onlar 3 il müddətinə azadlıqdan məhrum edilə, yaxud azadlıqları məhdudlaşdırıla bilər”.

 

 Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir