Modern.az

Bakıda qohumunun 55 min manatını oğurlayan şəxs tutulub

Bakıda qohumunun 55 min manatını oğurlayan şəxs tutulub

22 Mart 2020, 12:43

Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində martın 20-də evlərdən birindən 63 min manat nağd pulun qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı “102” xidməti - zəng mərkəzinə müraciət daxil olub.

 

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Astara rayon sakini, 1986-cı il təvəllüdlü G.Həsənova kirayə yaşadığı evdən axşam saatlarında bibisi oğluna məxsus pulun naməlum şəraitdə oğurlanmasını bildirib.

 

Daxil olan müraciət üzrə dərhal DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Xəzər RPİ Cinayət-Axtarış şöbəsi və 1-ci Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan, 1985-ci il təvəllüdlü E.Nəcəfov müəyyən olunaraq tutulub.

 

İlkin araşdırmalarla məlum olub ki, evdən 63 min deyil, 55,500 manat pul oğurlanıb. Davam etdirilən intensiv əməliyyat-axtarış tədbirləri ilə oğurlanan vəsait tam həcmdə aşkarlanaraq olunaraq, zərərçəkmişə qaytarılması təmin olunub.

 

Oğurluqda şübhəli bilinən şəxs G.Həsənovanın həyat yoldaşıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi