Modern.az

Qaçqınlar Cəmiyyəti Koronavirusla Mübarizə Fonduna 3 min köçürdü

Qaçqınlar Cəmiyyəti Koronavirusla Mübarizə Fonduna 3 min köçürdü

22 Mart 2020, 15:33

Azərbaycan Qaçqınlar Cəmiyyəti Koronavirusla Mübarizə Fonduna pul köçürüb.

 

Bu barədə Modern.az-a məlumat verən Cəmiyyətin sədri Əziz Ələkbərli deputat maaşının bir hissəsini də Fonda keçirəcəyini bildirib:

 

"Azərbaycan Qaçqınlar Cəmiyyəti koronavirus infeksiyasına qarşı mübarizəyə qoşularaq əhali üçün zəruri profilaktik tibb ləvazimatları alınması ilə bağlı nəzərdə tutduğu tədbirlərin mərkəzləşmiş qaydada həyata keçirilməsini daha məqsədəuyğun sayıb və dövlət başçısının 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait keçirilməsi barədə qərar qəbul edib. Azərbaycan Qaçqınlar Cəmiyyəti bu gün Fondun hesabına 3 min manat pul köçürüb".

 

Cəmiyyətin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, bundan əlavə, deputat maaşının da bir hissəsini Fonda keçirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir