Modern.az

Bakıya buraxılmayan həmyerlilərimizə  Azərbaycanın Macarıstandakı Səfirliyi dəstək oldu

Bakıya buraxılmayan həmyerlilərimizə  Azərbaycanın Macarıstandakı Səfirliyi dəstək oldu

22 Mart 2020, 16:00

Koronavirus  səbəbindən Macarıstandan Bakıya buraxılmayan həmyerlilərimizə  Azərbaycanın Macarıstandakı Səfirliyi dəstək olub.

 

Bu barədə Modern.az-a Macarıstandan qayıdan həmyerlimiz Azad Quliyev məlumat verib. Onlar geri qayıdış üçün göstərilən dəstəyə görə Azərbaycanın Macarıstandakı səfirliyinə təşəkkür ünvanlayıblar. Təşəkkür məktubunu olduğu kimi təqdim edirik:

 

“Bu yaxınlarda mən - Quliyev Azad Feyruz oğlu həyat yoldaşım ilə Praqa şəhərində turist kimi bir həftəlik istirahətə yollanmışdıq. Biz mart ayının 15-də Praqadan Budapeştə yola düşdük, saat 23:55-də hava yolları vasitəsilə Bakıya gəlməli idik. Uçuşa 3 saat qalmış “SMS” vasitəsi ilə xəbər gəldi ki, bizim Bakıya olan reysimiz ləğv olunub. Bakıya gedən həmvətənlərimizlə hava yolu şirkətinə müraciət etdikdə məlum oldu ki, karonavirusa görə, o cümlədən ölkənin təhlükəsizliyi ilə əlaqədar Bakıya bütün reyslər ləğv olunub. Hava limanında çox gözləmədən bizə ölkəmizin Macarıstandakı səfirliyinin səlahiyyətli nümayəndəsi Emil Rəhimov yaxınlaşdı.

 

Qeyd etmək istəyirəm ki, orada bu çətin vaxtda, ayaq üstə və çarəsiz qalan insanlara Emil Rəhimov psixoloji və mənəvi dəstək göstərən bir insan oldu. O şirkətin nümayəndələri ilə danışıqdan sonra bütün hava limanında qalan Azərbaycanlılara səbirli olmasını və qısa zamanda məsələnin həllinin tapılmasını bildirmişdi. Təbii ki, həmin dəqiqələrdə hər birimiz bunu anlamaqda çətinlik çəkdik, lakin sərnişinlər məcburiyyət qarşısında qalası olduq. Budapeştdə təhsil alan tələbələrimiz sosial şəbəkələrdən xəbər tutan kimi, öz köməklərini təklif etdilər.

 

Sağ olsun bizim Azərbaycan xalqımız!!! Səfirlik işçiləri orda idilər və bizim mərkəzə gəlməyimizə transfer təşkil etdilər və hər gün səfirliyin əməkdaşları sərnişinlərlə maraqlandılar, ehtiyac olan məsələləri həll etdilər. Səfirliyin bütün işçilərinin böyük peşəkarlığını vurğulamaq istəyərdim. Fürsətdən istifadə edərək ölkəmizin Macarıstandakı səfiri başda olmaqla səfirliyin bütün işçilərinə təşəkkür edirəm ki, qısa zamanda öz Azərbaycan xalqına dəstək oldular və biz öz vətənimizə qayıda bildik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi