Arxiv
7 Yanvar 2010, 13:56 | REPORTAJ
İşıq, qaz, iş istəyən nardaranlılar (fotosessiya)

“STENLİ ESKUDERO İLƏ SONADƏK MÜBARİZƏ APARACAĞIQ”

Nardaran Bakının ən qədim kəndlərindən biridir. Sabunçu rayonu ərazisində yerləşən bu yaşayış məntəqəsinin 8 min nəfərdən çox əhalisi var. O həm də Abşeronda dindarlığın ən güclü olduğu kəndlərdən birincisidir. Kəndin adının mənası barədə müxtəlif ehtimallar var: Nardaran - yəni mərd insanların məskunlaşdığı məkan; nur olan yer; qəlblər nuru və s. Modern.az-ın əmkdaşı bu günlərdə Nardaranda olub, sakinlərlə söhbətləşib.

Kəndin qədim yerləri çoxdu

Nardaranda qədim tarixi məkanlar, dini ziyarətgahlar, abidələr çoxdu. Onlara misal olaraq Şirvanşahlar dövründə tikilən Xan Bağını, II Şah Abbasın zamanında inşa edilən Hacı Bəxşi məscidini, onunla üzbəüz yerləşən Şah Abbas karvansarasını, Qədim Qala, Məscid-mədrəsə kompleksi, Nardaran qalası, Cümə məscidi, Hacı Qulaməli məscidi, Dırbay məscidi, Ağa məscidi və Rəhimə xanım ziyarətgahı (Nardaran piri), qədim hamamlar və qəbristanlıqlar, qədim qəbrüstü yazılı daşlar, su ovdanlarını  göstərmək olar. Bundan başqa, kənddə Qalagah, Qədəmgah, Paçan, Kölədüz, Əlməgə, Ümid qayası adlandırılan qədim yer adları, dəniz sahilindəki qayalıq hissədə-qədim mayakın altında Ocaqqulu mağarasını da qeyd etmək olar.
Bəzi mənbələrə görə, xalq arasında "Хan bağı" adı ilə tanınmış Şirvanşahların yay iqamətgahı XIII-XIV əsrlərdə salınıb. Digər qaynaqlar bu bağın Şirvan şahlarına deyil, XVIII əsrin Bakı хanlarından оlan, görkəmli ictimai-siyasi хadim Abbasqulu ağa Bakıхanоvun ulu babası Mirzə Məhəmməd хana məхsus olduğunu qeyd edir.
Bu iqamətgahda qərb və şərq istiqamətinə aparan yeraltı yollar var. İqamətgahın yaхınlığında vaxtilə şahın istifadə elədiyi «Şah hamamı» var.  

Nardaran qalası müdafiə qalası hesab edilir. Qalanın qapısı üzərində ərəb dilində yazılan sözlər onun XII əsrə aid olduğunu bildirir.
Nardaran pirinin yerləşdiyi ərazidə deyilənə görə, 8-ci imam Museyi Kazımın qızı Rəhimə xanım və onun həyat yoldaşı Mir Əbdullah ağa dəfn olunub. Pirin axundu Hacı Ədalət qədim tikilinin X-XI əsrə aid olduğunu deyir: “1994-cü ildə Nаrdаrаn pirində tikinti-bərpа işləri aparılıb və qəbrlərinin üzərində möhtəşəm ziyarətgah tikilib. Ondan bu yana köhnə tikili qədim аbidə kimi qоrunur”.
Pirin içərisində təxminən dərinliyi 2 metrə yaxın olan quyu da var. Hacı Ədalət deyir ki, bu quyunun suyu min cür dərdin dərmanıdır, kim içərsə, şəfa tapar.  
Hacının sözlərinə görə, pirə gələn ziyarətçilərin verdiyi nəzir pulları buranın təmir-bərpasına, abadlıq, təmizlik işlərinə sərf olunur. Eyni zamanda həmin vəsaitdən müəyyən məbləğ kömək məqsədilə kənddəki ehtiyacı olan sakinlərə verilir.

Nardaranda 2 ümumtəhsil məktəbi (130 və 295 nömrəli), xəstəxana, bağça və idman kompleksi var. Kənddə 12-yə yaxın meydan var. Həzrət Hüseyn, İmam Hüseyn meydanları onların ən böyüyüdür. Nardaranın dindar əhalisi dini mərasimləri bu meydanlarda keçirirlər. Son illər isə həmin meydanlarda dini mərasimlərdən çox, sosial problemlərin həlli tələbilə mitinqlər keçirilir.

Tanınmış nardaranlılar

Nardaranda bir sıra məşhur adamlar yetişib. Tanınmışlar arasında alim, şair, yazıçı, müğənni də var.
Şeyx Muhəmməd Əmin ağa məşhur nardaranlılardandır. Deyilənə görə o, bu kənddə bir hamam, iki məscid və bir neçə su ovdanını tikdirib. Şeyxin yaşadığı məhəllə hazırda onun adını daşıyır.
Şеyх Əhməd Nardarani isə öz dоğmа kəndində dini fəаliyyətlə məşğul olub.
Ağsаqqаllаrın sözlərinə görə, Nardaranda çox gözəl nitq söyləmək qabiliyyəti olan şеyx Rəsul ağa Nardarani də tanınmışlar sırasındandır. Kəndin digər alimi axund Cavad Nardaranidir. Kənd camaatının sözlərinə görə o, İmam Xоmeyninin ustadı olub.
Məşhur söz ustadı Hacı Mail, tanınmış müğənni Məmmədbağır Bağırzadə də Nardaranlıların fəxri sayılır.

Əhalinin məşğuliyyəti və adət-ənənələr

Nardaranda bir çox məşğuliyyət növləri və adət-ənənələr keçmişdən indiyədək qorunub saxlanılır. Ta qədimlərdən nardaranlıların əsas məşğuliyyəti balıqçılıq, əkinçilik, güçülük olub. Kənd sakinlərinin sözlərinə görə, ötən əsrin 70-80-ci illərində Nardaranda gülçülüyün inkişaf dövrü olub. Son illər kəndə verilən təbii qazın azaldılması istixanaların sıradan çıxmasına səbəb olub ki, bu da gülçülüyü tənəzzülə uğradıb.
Zeynəb xala deyir ki, istixanaların fəaliyyət göstərə bilməməsi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə mane olur: “Vaxtilə əksər nardaranlılar istixanaların hesabına dolanışıqlarını təmin edirdi. İndi bu mümkün deyil”.
Sakinlər deyirlər ki Xəzərin sahilində yerləşən Nardaranda xeyli balıq vətəgəsi olsa da, onları işlətməyə qoymurlar.
Kənd ağsaqqalları deyirlər ki, Nardarana kənardan köçüb gələnlər yerli adət-ənənələrə riayət etməlidir. Yerli adət-ənənələrə və etik normalara riayət etməyənlərə qarşı kənd əhalisi daim etirazını bildirir.
Nardarandakı ənənələrdən biri də dərviş və aşıq toylarının keçirilməsidir. Nardaran toylarında qadın və kişilər ayrı-ayrı mağarlarda oturur. Kənd camaatı deyir ki, daha çox aşıq toylarına böyük maraq var. Yeni ailələr valideynlərin razılığı ilə qurulur. Əgər qız və ya oğlan razı deyilsə, onları evlənməyə məcbur etmirlər.
Ağsaqqal Hacı İlqarın sözlərinə görə, kənddə boşanma halları demək olar ki, qeydə alınmır.

Problemlər...

Nardaranın sosial problemləri neçə ildir öz həllini tapmayıb. Kənd sakinlərinin şikayəti əsasən qazın, işığın fasilələrlə verilməsindən, iş yerlərinin olmamasındandır.
Ramin adlı nardaranlı işsiz olduğunu deyir: “Kənddə özümə iş yeri tapa bilmirəm. Ancaq xırda ticarətlə məşğul oluruq. Maddi imkanım çatmır ki, övladımı oxutduram”.
Dilbər xala kommunal idarələrin işindən narazıdır: “Qazımız verilmir, işıq isə çox zəifdir. Onu da gecə saat 12:00-da söndürürlər, səhər 7:00-də yandırırlar”.
Bakı və Bakı kəndlərinin hüquqlarının müdafiə komitəsinin sədri Rasim Əlizadə də nardaranlıdır. Deyir ki, Nardaranda yaşanan sosial problemlər 1993-cü ildən üzü bəri həll edilmir: “Camaatın səbr kasası doldu və 2000-ci il noyabr ayının 17-də ilk aksiya keçirtdik. Etiraz aksiyaları 2002-ci ilə kimi davam etdi. Bu aksiyalarda əsas tələblər kəndə qaz, işıq verilməsi, iş yerlərinin açılması, polis özbaşınalıqlarına son qoyulması olub. Etiraz aksiyalarında iştiraka görə xeyli nardaranlı həbs olundu. Camaat da meydanlara toplaşıb etirazlarını davam etdirdi və nəticədə həmin adamlar azad olundular”.
R.Əlizadə deyir ki, digər Bakı kəndləri ilə müqayisədə nardaranlılar problemlərə göz yummurlar. “Buna görə də hər zaman bu kənd diqqət mərkəzindədir. Nardaranlıların ən yaralı yeri işsizlikdir. Hökumət kənd təsərrüfatı sahəsinə diqqət ayırmalıdır. Biz kənddə qaz, işıq sayğaclarının quraşdırılmasının əleyhinəyik. Çünki sayğaclar düz işləmir, camaatı aldadıb şişirdilmiş borclar yazırlar. Nardaranın “Bağlar” deyilən hissəsində demək olar ki, qaz, işıq problemi yoxdur. Çünki orada nardaranlı olmayan varlıların villaları yerləşir. Həmin imarətlərin yerləşdiyi əraziyə yeni asfalt yolu və bütün kommunal xətlər çəkilib”.

Nardaranlılar ABŞ-ın Azərbaycandakı sabiq səfiri Stenli Eskuderonun Nardaran torpaqlarını qanunsuz yollarla zəbt etməsindən də narazıdılar. “Dəniz kənarında yerləşən 30 hektarlıq ərazini Eskuderoya veriblər. Orada əyləncə mərkəzi tikdirmək fikirləri var. Həmin ərazi Nardarandakı 4-5 ailəyə məxsusdur. Ora Nardaran pirinə və məscidə yaxın olduğu üçün əyləncə mərkəzi tikilməməlidir. Biz sona qədər mübarizəni davam etdirəcəyik ki, Eskudero oradan çıxıb getsin”-deyə sakinlər bildiriblər.
Ağsaqqallar kənddə narkotik vasitələrdən istifadə edənlərə polisin laqeyd yanaşdığını dedilər: “Narkotikin bazası Nardaranda deyil, sadəcə, hər yerdə olduğu kimi, burada da həmin maddələrdən istifadə edənlər var. Kənd əhalisi hər zaman belələrinə öz etirazını bildirib. Ancaq kənddə polis var, niyə narkotik alverçiləri və istifadəçilərinə qarşı heç bir tədbir görmürlər?”.

Ağsaqqallar Şurası yaradılıb

Sakinlərin sosial problemlərinin həllinə yardım məqsədilə Nardaranda Ağsaqqallar Şurası yaradılıb. Şuranın daimi üzvü 11 nəfərdir. Qurumun sədri isə Məşədi Natiq Kərimovdur. Onun sözlərinə görə şura ayda bir neçə toplantı keçirir: “Biz iclasda kənddə olan qaz, işıq, yol, işsizlik və digər problemlərə toxunub, həlli yollarını axtarırıq”.

Kənd sakini Rasim Əlizadə deyir ki, Nardaran dini etiqada, İslama sadiq bir kənddir: “Bəzən Nardaranı İranın təsir dairəsində olan kənd kimi qələmə verirlər. Bunun əsas səbəbi etiraz aksiyalarında “Allahu-əkbər” ifadəsini işlətməyimizdir”.

Nardaranlılar bələdiyyə seçkisini tamaşa adlandırırlar

1999-cu və 2004-cü illərdə nardaranlılar bələdiyyə seçkilərinə etiraz etdikləri üçün burada yerli özünüidarəetmə orqanı da fəaliyyət göstərməyib. Nəhayət 2009-cu il dekabrın 23-də Nardaranda ilk dəfə bələdiyyə seçkiləri keçirilib. Və yenə narazılıq yaranıb.
“Nardaranda bələdiyyə seçkiləri ilə bağlı dəfələrlə problemlər yaranıb. İmkan vermədilər bələdiyyə seçkiləri keçirilsin. Adını da qoydular guya, kənd camaatı boykot edir. Camaat tələb edirdi ki, bələdiyyə üzvləri təyinat yolu ilə deyil, səsvermə ilə seçilsinlər. Sabunçu rayon İcra Hakimiyyəti buna imkan vermədi. 2009-cu ildə gördülər ki, camaat bələdiyyə seçkisinin keçirilməsində maraqlıdır. Əhali tərfindən namizədliyi irəli sürələnlər qeydə alınmadı. Yalnız icra başçısının təyin etdiyi adamlar qeydiyyata alındı. Ona görə də seçki günü heç kim səsverməyə getmədi”-deyə sakinlər bildiriblər.
Buna görə də kənd sakinləri təyin olunmuş bələdiyyə üzvlərindən heç nə gözləmirlər.

Nardaran kəndi

Kəndin mərkəzi küçəsi

Rəhimə xanım piri

Pirdəki şəfalı bulaq

Ziyarətə gələnlər

Rasim Əlizadə: "Nardaranlılar ölüb bəyəm, Eskudero gəlib torpaqlarımızı alır?" 

Ağsaqqallar Şurasının sədri Məşədi Natiq: "Bu kəndin sosial problemlərinin həlli günü olacaq?"

Nardaranda Məhərrəm ayı ilə əlaqədar dirəklərdən dini bayraqlar asılıb

Nardaranlıların əsas toplaşdığı meydan

Vaxtilə bura balıq vətəgəsi olub, indi ərazini amerikalı Stenli Eskudero alıb

Nardaranlılar görünən evcikdə növbə çəkirlər, deyirlər Eskuderonu bu əraziyə buraxmayacaqlar

Bura da keçmiş səfirin aldığı ərazidir

Qızdırılmayan istixanalar 

Nardaran qalası

Qalanın iç görüntüsü

Nardaranlıların dağıdılan qəbiristanlığı

"Xan bağı"

Bakı dairəvi yolu... Sakinlər deyirlər ki, yolun çəkildiyi ərazidə sökülən evlərin sahiblərinə kompensasiya vermirlər

İbadətgah

Orta məktəb

Qədim hamam

Məscid


Günay MUSAYEVA

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondu mükafatlandırıldı 5 Dekabr 2019, 21:45 Xidməti it sərhəddə külli miqdarda qanunsuz siqaret aşkarladı 5 Dekabr 2019, 21:29 Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anıldı 5 Dekabr 2019, 21:15 Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü 5 Dekabr 2019, 21:02 Gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq 5 Dekabr 2019, 20:46 ATƏT-in Minsk Qrupundan bəyanat: “Hazırki status-kvo qəbuledilməzdir” 5 Dekabr 2019, 20:33 "Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Günəş 5 Dekabr 2019, 20:17 Vətəndaşlara 158,05 ton mineral gübrə satılıb 5 Dekabr 2019, 20:03 Daxili orqanında 142 metadon həbi aşkar edildi 5 Dekabr 2019, 19:50 Suriya böhranı üzrə dördtərəfli sammit keçiriləcək 5 Dekabr 2019, 19:45 Goranboy İcra Hakimiyyətində könüllülərlə bağlı önəmli görüş keçirildi 5 Dekabr 2019, 19:31 Prezident Şamaxıda zəlzələdən ziyan çəkənlər üçün tikilmiş yeni binada olub - FOTOLAR 5 Dekabr 2019, 19:23 Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq 5 Dekabr 2019, 19:18 İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi - YENİLƏNİB  5 Dekabr 2019, 19:05 Fransada genişmiqyaslı tətil keçirilir 5 Dekabr 2019, 18:54 “Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu 5 Dekabr 2019, 18:49 Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO 5 Dekabr 2019, 18:45 Bu küçədə hərəkət məhdudlaşdırılacaq 5 Dekabr 2019, 18:43 “Ermənistan Kəlbəcərli girovları “hamının hamıya” prinsipi ilə azad etməkdən inadla imtina edir"   5 Dekabr 2019, 18:34 Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin olundu - SƏRƏNCAM 5 Dekabr 2019, 18:25 Şəhid övladları prezidentə məruzə etdilər - Birinci vitse-prezident kövrəldi - VİDEO 5 Dekabr 2019, 18:10 Nazir polkovniki təqaüdə göndərdi 5 Dekabr 2019, 18:01 İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi 5 Dekabr 2019, 17:53 Heydər Əliyev Fondu Moskvada xüsusi mükafata layiq görüldü - FOTO 5 Dekabr 2019, 17:51 “Vətən məndən başlanır” - UNEC  5 Dekabr 2019, 17:42 Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub 5 Dekabr 2019, 17:30 Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM 5 Dekabr 2019, 17:28 Xəzər rayonunda yol tikintisinə 11,8 milyon manat ayrıldı 5 Dekabr 2019, 17:28 Piyadanı öldürüb qaçan sürücü tutuldu 5 Dekabr 2019, 17:26 Ermənistanda sabiq Baş prokurora 5 cinayət işi açıldı 5 Dekabr 2019, 17:23 Prezident xalq artisti Əlibaba Məmmədovla bağlı sərəncam verdi 5 Dekabr 2019, 17:21 Polis olmaq istəyənlərin NƏZƏRİNƏ 5 Dekabr 2019, 17:16 Nazirlər Kabinetinin Aparatında yeni TƏYİNAT 5 Dekabr 2019, 17:08 YAP bütün partiyaları növbədənkənar seçkilərə ÇAĞIRDI 5 Dekabr 2019, 17:02 Prezident parlamenti buraxdı, növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM 5 Dekabr 2019, 16:40
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?