Arxiv
19 Aprel 2012, 13:50 |
Emosiya qrupları, antimilli müxalifət və mitinq

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru

Radikal müxalifət anti-Azərbaycançı təzyiq qrupu kimi

Hər zaman müxtəlif xarakterli qarşıdurmalar və ziddiyyətlərlə, həmçinin, destruktiv fəaliyyət mexanizmi ilə gündəmə gələn radikal müxalifət siyasi palitrada dağıdıcı subyekt qismində çıxış etməklə, özünün korporativ, anti-Azərbaycançı, qərəzli xarici dairələrin isə transmilli maraqlarının təmin olunması üçün ən müxtəlif metod və texnologiyalara istinad edir. Daha da dəqiqləşdirsək, sosial bazası və reytinqi, demək olar ki, olmayan, Azərbaycan siyasi palitrasında funksionallığını çoxdan itirmiş və disfunksiya nümunəsi qismində çıxış edən radikal müxalifət daha çox anarxist və radikal meyillərlə müşayiət edilən, özündə təxribatçı və manipulyasiya xarakterli taktika və niyyətləri ehtiva edən siyasi fəaliyyət mexanizmindən yararlanmağa çalışır. Radikal müxalifətin “mitinq” kimi səciyyələndirməyə çalışdığı son təxribatçı aksiyalarda müşahidə olunan faktlar və reallıqlar da bunu göstərən bariz nümunələrdəndir.

Emosiya qrupları yeni ideoloji idxal məhsuludur

Qeyd etmək lazımdır ki, radikal müxalifət 8 aprel tarixində həyata keçirdiyi “mitinq”dəki biabırçı fiaskodan sonra yeni dağıdıcı metodlara istinad etmək qərarına gəlib ki, bu sırada da emosiya qruplarından istifadə olunması nəzərdə tutulub. Belə ki, növbəti dağıdıcı aksiyada emosiya qruplarının iştirak etməsi planlaşdırılır. Bu qruplar mitinqə qatılacaq radikal siyasi partiyalar tərəfindən təşkil olunub və onlar təlimata uyğun olaraq, öz aralarında daha çox radikal olmaq üçün yarışacaqlar. Ən radikallar mitinqin sonunda mükafatlandırılacaqlar. Əlbəttə, bu fakt radikal müxalifətin “mitinq” adını verdiyi təxribatçı aksiyalarda anarxist və radikal meyillərə istinad olunmasına dəlalət edir. Çünki emosiya qruplarından daha çox radikal və anarxist səciyyəli kütləvi aksiyalarda-hərəkatlarda istifadə olunur və bu sabitliyi pozmaq, xaos və dağıdıcı meyillər yaratmaq missiyasına xidmət edir.

Emosiya qrupları radikallar və anarxistlərin mitinq taktikası kimi...

Qeyd etdiyimiz kimi, emosiya qruplarından daha çox radikal və anarxist cərəyanların nümayəndələri tərəfindən istifadə olunur. Başqa sözlə, bu qruplar öz fəaliyyətlərində siyasi radikalizmin təməl prinsiplərini əsas götürməkdə və fəaliyyət mexanizmlərini radikal, anarxist niyyətlər üzərində qurmaqdadırlar. Emosiya qrupları dedikdə isə heç bir rasional kriteriya və çalarlar əsasında fəaliyyət göstərməyən, bu və ya digər məsələyə münasibətdə radikal, təxribatçı və manipulyativ situasiyanın formalaşdırılması missiyasına xidmət edən kütləvi (əslində, bir o qədər də pərakəndə-H.B.) birliklər nəzərdə tutulur.

Fikrimizi əsaslandırmaq üçün siyasi radikalizm və anarxizmin nümunəsində emosiya qruplarının fəaliyyət mexanizminin mahiyyətinə, eyni zamanda, bu qruplardan istifadə edən siyasi subyektlərin taktika və strategiyalarının əsaslarına toxunacağıq.

Bəs emosiya qrupları nədir?

Beləliklə, ilk növbədə siyasi radikalizmin timsalında emosiya qruplarının fəaliyyət mexanizminin mahiyyətinə toxunmaq məqsədəmüvafiqdir. XVIII əsrdən etibarən siyasi leksikonda işlənməyə başlayan radikalizm mövcud sistemin əsaslı dəyişdirilməsini nəzərdə tutan və cari durumu qəbul etməyən ideoloji baxışlar sistemi kimi səciyyələndirilir. Bu baxışlar sisteminin fonunda kütləvi etirazçılar kimi istifadə olunan emosiya qrupları isə səsləndirdikləri şüarlarla manipulyativ və təxribatçı situasiya formalaşdırmağa çalışırlar. Sirr deyil ki, radikal ideologiyanı mənimsəmiş emosiya qruplarının fəaliyyət mexanizminin əsasında atılan addımların fonunda mövcud sistemin əsasları və qanunauyğunluqları nəzərə alınmadığından sonunda ciddi kataklizmlərin təzahür etməsi gözlənilən haldır. Bəzi araşdırmaçılar radikalist baxışlar sistemini mürtəce ideologiya kimi səciyyələndirir və qeyd edirlər ki, radikal xarakterli ideoloji xətt sonu bəlli olmayan xaotik meyillərin əsasını qoyan və antaqonist tendensiyaları kəskinləşdirən amil kimi dəyərləndirilməlidir. Elə bu kontekstdən çıxış edən araşdırmaçılar emosiya qruplarını da destruktiv birləşmələr kimi səciyyələndirirlər. Çünki mürtəce ideologiyanı mənimsəmiş bu cür kütləvi birliklər yalnız dağıdıcı addımlara istinad edir və öz şüarlarında, addımlarında heç bir rasional kriteriyaya istinad etmirlər.

Radikalizm siyasətdən sui-istifadədir

Siyasi radikalizmin tədqiqatçılarından biri olan Ceyms Mill qeyd edir ki, radikalizm, əslində, ayrı-ayrı ideologiyalardan sui-istifadənin fonunda ortaya çıxmış baxışlar sistemidir: “Klassik mənada radikal siyasi fəaliyyətə malik olanlar heç vaxt islahat tərəfdarı ola bilməzlər. Onlar qurucu deyillər. Mövcud status-kvonun dəyişdirilməsi və ümumi nizamın alt-üst edilməsi niyyətinin fonunda hərəkət edən radikal siyasətçilər daim inqilabi dəyişikliklər istəyirlər. Amma bu dəyişikliklərin ümumi rifaha və sosial ədalətə nə qədər faydalı olacağını bilməmələri onların fəaliyyətinin qeyri-müəyyənliyini aşkar edir”.

Beləliklə, buradan da belə bir qənaətə gəlinir ki, status-kvonun dəyişdirilməsi və ümumi nizamın alt-üst edilməsi niyyətinin fonunda hərəkət edən radikalizm nümunələri-emosiya qrupları nə istədiklərini və nəyə xidmət etdiklərini dərk etmirlər. Onlar mənimsədikləri radikal ideologiyanın fonunda irrasional şüar və addımlara istinad edirlər.

Araşdırmaçı Erriko Malatesta isə qeyd edir ki, siyasi radikalizm ümumi qəbul edilmiş təməl baxışların və prinsiplərin dəyişdirilməsini nəzərdə tutduğundan cəmiyyətdə deviasiyaları sürətləndirən və ayrılmaları təmin edən qeyri-maddi faktor kimi çıxış edir. Əlbəttə ki, emosiya qrupları da öz fəaliyyətlərini bu cür prinsiplər üzərində qurduqlarından deviant birləşmələr kimi səciyyələndirilir.

Radikalizm siyasi terrorizm və amoralizmdir

Qeyd etmək lazımdır ki, radikallar dağıdıcı niyyətlərini həyata keçirmək üçün ən müxtəlif zaman kəsiklərində fərdi və kütləvi terrora, təxribat və iğtişaşlara baş vurublar. Eyni zamanda, emosiya qrupları öz şüar və tələblərində terror, təxribat və iğtişaş çağırışları ilə çıxış edirlər. Hətta şovinizm, irqçilik, amoralizm (əxlaq tələblərinə və cəmiyyətdə qəbul edilmiş ümumi normalara etinasız, saymazyana yanaşma) kimi bəşəriyyətə ciddi bəlalar gətirmiş dağıdıcı meyillər də radikalizmin fonunda ortaya çıxıb və emosya qruplarının istinad nöqtəsi qismində səciyyələndirilir. Bütün bunların fonunda maksimalist, nihilist davranış formaları sərgiləyən emosiya qruplarının qeyri-müəyyən məqsədlər naminə zorakı, dağıdıcı metodlara istinad etməsi onların sosial tərəqqinin təkamül amillərinin imkanlarını düzgün qiymətləndirə bilməmələrindən irəli gəlir.

Emosiya qrupları həm də anarxistlər və antidövlətçilərdir

Radikalizmin sol qanadının təzahür formalarından və ideoloji xəttlərindən biri olan anarxizm də emosiya qruplarının ideya mənbəyi kimi çıxış edir. “Suveren milli dövlətlərin sıradan çıxması” və “ümumi normalarla təsbit edilmiş qanunların ləğv edilməsi” prinsiplərindən çıxış edən anarxistlər sadalanan məqsədlərin həyata keçirilməsi naminə inqilab etməyə və müxtəlif stratifikasiyalar arasında antaqonizm yaratmağa cəhd edirlər. Onların ən çox istifadə və istinad etdiyi vasitə isə sui-qəsd metodudur. Təsadüfi deyil ki, emosiya qrupları da öz çağırışlarında bu cür dağıdıcı vasitələrə xüsusi yer verirlər.
Göründüyü kimi, radikalizm və anarxizmin təməl prinsiplərinin, ideyalarının fonunda ortaya çıxmış emosiya qrupları zamanından və məkanından asılı olmayaraq disfunksionallıq gətirən tənəzzül mənbəyidir. Məhz elə buna görə də, hər bir cəmiyyətin rasional düşüncəli fərdləri bu cür dağıdıcı meyillər və əməllərə qarşı birmənalı şəkildə müqavimətçi mövqeyində durur. Başqa sözlə, sağlam düşüncəli cəmiyyətlərdə bu cür dağıdıcı vasitə və meyillərə birmənalı şəkildə “yox” deyilir.

Emosiya qruplarına bağlanmış ümid...

Qeyd etdiyimiz kimi, radikal müxalifət növbəti mitinqlərdə emosiya qruplarından istifadə olunmasını planlaşdırıb. Əlbəttə ki, bu fakt özülüyündə radikal müxalifətin siyasi fəaliyyətinin hansı prinsip və meyarlara söykəndiyini göstərir. Daha da dəqiqləşdirsək, normal siyasi mübarizə apara bilmədiklərindən dağıdıcı metodlara istinad edən radikallar bu dəfə emosiya qruplarına ümid bağlayıblar. Təbii ki, bu fakt heç də təəccüblü deyil. Çünki xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini xarici qərəzli dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir və ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışır. Verdiyi bəyanatlarla insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və anti-Azərbaycançı mərkəzlərin maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq edirlər. Bu da onu deməyə əsas verir ki, radikal müxalifət Azərbaycanın milli təhlükəsizliyini və milli mənafeyini özünün korporativ səciyyə daşıyan destruktiv maraqlarına qurban verməyə razıdır.

Digər tərəfdən, emosiya qruplarından istifadə olunması planı ona dəlalət edir ki, radikal müxalifət hazırkı mərhələdə radikal, təxribatçı və manipulyativ situasiyanın formalaşdırılması missiyasına xidmət edən vasitələrə istinad edir.

Sağlam rəqabət əvəzinə ekssess aktları seçmək radikal müxalifəti autsayderə çevirib

Bütün bunlar ona dəlalət edir ki, radikal müxalifət özünün siyasi irrasionallığını davam etdirir və siyasi palitrada yalnız dağıdıcı subyekt qismində təmsil olunur. Onlar siyasi palitrada mövcud olan demokratik şəraitdən heç cür istifadə edə bilmirlər. Bu tendensiya müstəqillik əldə edildikdən sonra özünü göstərir. Faktdır ki, onlar plüralist mühitin fonunda rəqabət əvəzinə dağıdıcı təxribatlarları, ictimai-siyasi münasibətlər sisteminə qarşı yönəlmiş qəsdləri, ekssess aktlarını (cəmiyyətdə kəskin ziddiyyətlərlə müşayiət edilən toqquşmaların yaranmasına və ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlər) seçməklə autsayderə çevriliblər. Konstruktiv siyasi subyektə çevrilə bilməyən radikal müxalifət bu günə qədər ictimai-siyasi zərurət kimi alternativ ideya istehsal edə bilməyib və sağlam fəaliyyət mexanizmindən məhrum olub. Bununla yanaşı, radikallar “marginal burulğan”lar yaratmaqla cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri manipulyasiyaya məruz qoymaqla onları ən müxtəlif təxribatlarda iştiraka sövq edirlər. Bir sözlə, dağıdıcı müxalifət normal siyasi mübarizə imkanlarını qiymətləndirə bilmədiyindən cəmiyyəti ən müxtəlif dissonanslarla (qarışıqlıq, ictimai asayişin pozulması ilə təzahür edən xaotik durum) qarşı-qarşıya qoymaq metodunu seçib. Bu isə nəticə etibarilə onların özləri üçün “bumeranq” zərbəsi qismində çıxış edir.

Radikal müxalifətin ideya və maliyyə mənbələrinə dair...

Bütün bunların fonunda qeyd edilməlidir ki, radikal müxalifət öz fəaliyyətini sırf xarici güclərin, anti-Azərbaycançı maraq qruplarının dağıdıcı mənafeyi üzərində qurmaqdadır. Başqa sözlə, radikal müxalifət beynəlxalq maraq qruplarından aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün bu cür destruktiv metod və texnologiyalara istinad edir. Bu isə onu deməyə əsas verir ki, siyasi partiya adı altında fəaliyyət göstərən bu qüvvələr həqiqətdə təxribatçı-dağıdıcı təzyiq qrupu funksiyasını yerinə yetirirlər.

Emosiya qrupları son ideoloji diversiya kimi müxalifəti bir dəfəlik bitirəcək

Beləliklə, təxmin etmək çətin deyil ki, radikal müxalifət emosiya qrupları ideyasını (əslində, sifarişini) xidmət etdikləri qərəzli xarici dairələrdən alıb. Amma onlar dərk etməlidirlər ki, istinad etdikləri dağıdıcı qüvvələr antimilli səciyyə daşıyır, tənəzzül mənbəyi qismində çıxış edir və xalqın ali mənafeyinə ziddir.

Nəticə etibarilə, radikal müxalifət Azərbaycana qarşı müəyyən təzyiqlər etmək istəyən qərəzli dairələrin əlində ucuz vasitə kimi çıxış edir. Son olaraq İctimai Palatanın 8 aprel tarixində keçirdiyi mtiniqdə çağırışların və şüarların xarici dildə səsləndirilməsi bir daha buna dəlalət edir.

Dolayısıyla, radikal müxalifət Azərbaycanda sabitliyin pozulması missiyasına xidmət etməkdədir və bunun da qanunauyğun nəticəsi kimi, xalq, ictimaiyyət onlara birmənalı şəkildə “yox” deyir. Bəhs edilən dağıdıcı qüvvələrin “demokratiya” adı altında etdiyi meydan nümayişlərinin əsl mahiyyəti artıq ifşa edilib və anarxistlərin “demokratiya” maskası düşüb. Məhz belə bir şəraitin fonunda radikal müxalifət üçün yeganə və son seçim siyasi səhnəni tərk etməkdir. Çünki antimilli mövqedən çıxış edərək milli maraqları zərbə altına qoyan həmin qüvvələr bu cür dağıdıcı fəaliyyətin fonunda özlərinin siyasi mövcudluqlarını davam etdirə bilməzlər. Nəticə etibarilə, artıq radikal müxalifətin siyasi palitradan çəkilməsi ictimai-siyasi zərurətə çevrilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcü alimi erməni sürüsünün silsilə riyakarlığı barədə  20 Sentyabr 2020, 09:24 Koronavirusa ən yüksək yoluxma baş verən daha bir ölkə 20 Sentyabr 2020, 09:18 Bir “Əsrin müqaviləsi” kimi imzalandı, iki əsrin müqaviləsi oldu… 20 Sentyabr 2020, 09:14 Bakıda ağır QƏZA: “Mitsubishi” yol kənarındakı maneəyə çırpıldı 20 Sentyabr 2020, 09:08 Kosmik turizm başlayır... 20 Sentyabr 2020, 09:07 Bakının mərkəzində bina uçub - Sakinlərin harayına yetişən yoxdu – FOTO 20 Sentyabr 2020, 08:56 Abituriyentlərə XƏBƏRDARLIQ: Bu gün sonuncu gündür 20 Sentyabr 2020, 08:29 Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12