Modern.az

Təcili yardım maşını ilə Bakıya sərnişin daşıyan sürücü işdən azad EDİLDİ

Təcili yardım maşını ilə Bakıya sərnişin daşıyan sürücü işdən azad EDİLDİ

23 Mart 2020, 19:38

TƏBİB Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla bağlı açıqlama yayıb.

 

TƏBİB-dən Modern.az-a verilən xəbərə görə, Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin avtomobili vasitəsilə rayondan Bakı şəhərinə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarTƏBİB tərəfindən araşdırılıb: "Araşdırma zamanı məlum olub ki, TTTY şöbəsinin sürücüsü Səmədov Sadiq Yarməmməd oğlu xəstəxanadan çıxdıqdan sonra yoldan avtomobilə qazanc məqsədilə sərnişin götürüb.

 

Sürücü 23 mart 2020-ci il tarixdə Ağsu RMX-nın direktoru Şərəbanı Məlikovanın Əmri ilə işdən azad edilib. Eyni zamanda, Ağsu RMX-nın direktoru Şərəbanı Məlikovaya və direktor müavini Əli Hüseynova TƏBİB tərəfindən xəbərdarlıq edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir