Modern.az

Tənha yaşayan 10 mindən çox yaşlı insana dəstək - VİDEO

 Tənha yaşayan 10 mindən çox yaşlı insana dəstək - VİDEO

Aktual

27 Mart 2020, 20:14

Yaşı 65-dən yuxarı tənha şəxslər bu gün ehtiyac duyduqları sosial məişət xidmətləri ilə elə evlərindəcə təmin olunurlar.

 

Modern.az  xəbər verir ki, bunun üçün istənilən vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət işçilərinin, könüllülərin dəstəyindən faydalana bilirlər.

 

Onlara istəkləri öyrənilməklə, ev işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. zəruri köməkliklər göstərilir.

Hazırda tənha yaşayan 10 mindən çox yaşlı insanımız bu dəstəklə əhatə olunub. Bu mövzuda Nazirliyin hazırladığı “Böyüklərimizə qayğı ilə!”adlıvideoçarxı təqdim edirik:

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır