Modern.az

Çində koronavirusa yoluxanların 93 faizi sağalıb

Çində koronavirusa yoluxanların 93 faizi sağalıb

30 Mart 2020, 09:04

Ötən sutka ərzində Çində koronavirus səbəbindən 4 nəfər ölüb, 31 nəfər isə virusa yoluxub. Bununla da virusa yoluxanların sayı 81 470 nəfərə çatıb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

 

Qeyd edilir ki, Çində cəmi 723 idxal koronavirus infeksiyası aşkarlanıb. Son 24 saat ərzində xəstəxanalarda müalicə alan 322 nəfər sağalıb. Hazırda 630 nəfər müalicə alır ki, onlardan da 19-nun vəziyyəti ağırdır.

 

“Dövlət Komitəsinə 31 əyalətdən (rayonlardan, mərkəzi tabeliyindəki şəhərlərdən) koronavirusla bağlı 2 396 nəfərin xəstə olduğu (633-nün vəziyyəti ağırdır), 75 770 nəfərin sağalaraq xəstəxanadan evə buraxılması barədə məlumat daxil olub. Son məlumata görə, 3 304 nəfər ölüb”.

 

Hubey əyalətində son 24 saat ərzində yoluxma qeydə alınmayıb, 317 nəfər sağalıb (Uhan şəhərində 315), dörd nəfər ölüb. 

Çində koronavirus xəstələrinin sayı hər gün azalır. Belə ki, hazırda ölkədə koronavirusa yoluxanların 93 faizi sağalıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...