Modern.az

Ermənistanın koronaviruslu günləri – Durğun iqtisadiyyat, ərzaq qıtlığı, zəifləmiş ordu, gözlənilən devalvasiya...

Ermənistanın koronaviruslu günləri – Durğun iqtisadiyyat, ərzaq qıtlığı, zəifləmiş ordu, gözlənilən devalvasiya...

30 Mart 2020, 13:47

Dünyanı dərin böhrana salan koronavirus pandemiyası həssas iqtisadiyyata malik ölkələrə xüsusən ağır zərbə vuracaq.

 

Modern.az xəbər verir ki, Ermənistan da məhz həmin həssas ölkələr kateqoriyasına aid edilir. 4 qonşu ölkədən yalnız 2-si ilə (İran və Gürcüstan) sərhədləri açıq olan Ermənistan mart ayında sərhədləri tam bağladıqdan sonra təcrid vəziyyətinə düşüb.

 

Pandemiyanın davam edəcəyi müddətdə ölkə iqtisadiyyatının ciddi itkilər verdiyini baş nazir Nikol Paşinyan da etiraf edib.

“Ermənistan ciddi iqtisadi itkilər verir. Amma əsas olan ölkə sakinlərinin həyatını xilas etməkdir”.

Paşinyan pandemiyanın yayıldığı ilk vaxtlardan hökumətin ciddi tədiblər gördüyünü desə də, virusa yoluxanların sayının 500-ə çatmasını izah edə bilməyib.

 

Paralel olaraq, ölkənin xaricə satdığı əsas məhsul Qacaran yatağından çıxarılan mis-molibden olub. Amma dünyanın qiymətli metal bazarında neft və qazın ardınca gələn ucuzlaşma qiymətlərin hər 1 ton üçün 100-200 dollar arasında ucuzlaşmasına səbəb olub. Ermənistan büdcəsinin təkcə misin ucuzlaşmasında ildə 140-180 milyon dollar itirməsi gözlənilir.

 

Xarici ticarət dövriyyəsinin 50%-ni rublla həyata keçirən Ermənistan valyuta sahəsində də ciddi böhranla üzləşib. Belə ki, bu gün üçün 1 dollara qarşı 80 olan rubl Ermənistan dramı qarşısında da güclənməkdə davam edir. Süni şəkildə kursu saxlanan dramın yaxın vaxtlarda da möhkəmlənməsi saxlanılması ölkənin bütün valyuta rezervlərini 1 aya xərcləməsinə, ixrac olunan malların isə rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər. Belə olan halda, yaxın aylarda Paşinyan hökumətinin 10%-lik devalvasiyaya getməsi gözlənilir.

 

O, ölkədə aclıq təhlükəsi ilə bağlı fikirləri rədd etsə də, Rusiyanın öz sərhədlərini tam bağlamasının problemlərə yol açdığını etiraf edib.

“Ermənistanın ərzaq idxalı ilə bağlı heç bir problemi yoxdur və idxal fasiləsiz həyata keçirilir. Rusiyanın sərhədlərini tam bağlaması malların gətirilməsi ilə bağlı müəyyən problemlərə yol açsa da, onlarla daim əlaqə saxlayırıq”.

Ərzaq qıtlığı ilə paralel, 5 hərbi qulluqçuda koronavirusun tapılması və daha onlarla yoluxma ehtimalının olması düşmən ordusunun onsuz da yüksəsk olmayan döyüş qabiliyyətinin, döyüş ruhunun bir az daha azalmasından xəbər verir.

 

 

Ermənistan İnsan Haqları, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru Qevork Poqosyan karantin addmılarının ölkə iqtisadiyyarına ciddi ziyan vuracağını proqnozlaşdırır.

“Koronavirus Ermənistan iqtisadiyyatına ciddi ziyan vuracaq. Dövlət sektorundan çox özəl sektor koronavirusdan zərər görəcək. Gündəlik qazancla dolanan özəl sektor isə artıq virusun ziyanlarını görüb. Ölkədə 600 min muzdlu işçi var ki, onların da üçdə iki hissəsi özlə sektordadır. Xüsusın, rəsmi qeydiyyatı olmayan firma və şirkətlər pandemiyanın doğurduğu böhrandan ciddi ziyan çəkəcəklər”.

 

Psixoloq Mirdat Mədətyan isə ölkədə həyata keçirilən sosial izolyasiya addımlarının sakinlərdə ciddi psixoloji pozuntu yaratdığını deyir.

“Gündəlik ünsiyyətdən imtina yerli sakinlər üçün əlavə stress mənbəyidir. Ölkə iqtisadiyyatı həm sosial, həm də iqtisadi sahədə ciddi itkilərlə üzləşəcək. Böhrandan əvvəlki vəziyyətə qayıtmağımıza illər tələb olunacaq".

 

 

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı