Modern.az

Deputat Jalə Əliyeva aztəminatlı ailələrə yardım edilməsini təklif edib

Deputat Jalə Əliyeva aztəminatlı ailələrə yardım edilməsini təklif edib

Aktual

30 Mart 2020, 15:27

Bu “çağrılmamış qonaq” olan koronavirus bəlası  bütün dünyanı, eləcə də, bizi hazırlıqsız yaxalayıb. Bu gün ölkəmiz  xəstəliyin yayılmaması bütün üçün qabaqlayıcı tədbirləri görür”.

 

Modern.az xəbər verir ki, bu fikirləri bu gün Milli Məclisin plenar iclasında çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

 

Deputat hər gün vətəndaşlardan çoxlu sayda onlayn müraciətlər aldıqlarını da bildirib:

 

“Ölkəmizin koronavirus pandemiyasından minimum ziyan və itki ilə çıxması üçün görülən bütün tədbirlər, aparılan mübarizə, atılan addımlar vətəndaşlarımız tərəfindən birmənalı olaraq təqdir edilir. Vətəndaş sözün əsl mənasında arxasında dövlətini  və onun gücünü görməkdən məmnundur. Fürsətdən istifadə edərək ölkə rəhbəri İlham Əliyevə  gördüyü bütün işlərə görə təşəkkür edirik”.

 

Jalə Əliyeva aztəminatlı ailələrə yardım edilməsinin vacibliyini də vurğulayıb:

 

“Bu günlər həssas günlərdir. Hər bir bəşər övladı kimi biz də gözlənilməz hadisələrin stresini yaşayırıq. İnsanlar həyəcan içərisindədir. Söhbət aztəminatlı ailələrdən, kimsəsizlərdən, tək analardan, günəmuzd işləyən və faktiki olaraq işsiz qalanlardan, kredit bocu olan təbəqədən gedir. Bu qəbildən olan insanlara birdəfəlik vəsait ayrılması, onların minimum ərzaq məhsulları ilə təmin edilməsi, karantin tədbirləri dövründə bir sıra ödənişlərdən azad edilməsi, kredit ödənilməsində güzəştlərin tətbiq edilməsi istiqamətində təcili və təxirəsalınmaz önləmlərin alınması vacibdir”.

 

Deputat tibbi maskalardan da söz açıb:

 

“Ölkəyə kifayət qədər tibbi maska və spirt gətirilsə də yenə də bu məhsullarla bağlı qıtlıq yaşanır. Həmçinin ölkəmizin tibbi maska istehsalına başlayacağı gələn sevindirici xəbərlər arasındadır. Hesab edirəm ki, bu məhsullarla bağlı möhtəkirliyə son qoyulmalıdır. Digər bir məsələ  bir çox həyat əhəmiyyətli qurumların əməkdaşları ilə bağlıdır. Onlar tam qrafik və tam ştatla işləyirlər. Məsələn hüquq-mühafizə qurumları. Bu qurumların hər hansı bir şöbəsində  bu virus aşkarlanarsa həmin şöbə bütünlükdə karantinə alınacaq. O zaman həmin qurumda kim işləyəcək?! Dövlət qurumlarının daimi işlər potensialını təmin etmək üçün əgər işçi sayı imkan verərsə onları 3 hissəyə bölüb bir hissəsini 15 günlük məzuniyyətə, yaxud da  evdə karantinə buraxmaq olar.. Bununla da daimi işçi potensialımız olacaq. Hər bir vətəndaşımız inanır ki, ölkəmizin də üzləşdiyi bu pandemiyadan  dövlətimizin gücü sayəsində uğurla çıxacağıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır