Modern.az

Hamilə qadınlara koronavirusla bağlı GİNEKOLOQ tövsiyəsi - VACİB  

Hamilə qadınlara koronavirusla bağlı GİNEKOLOQ tövsiyəsi - VACİB  

31 Mart 2020, 14:06

Dünya çapında sürətlə yayılmaqda davam edən koronavirus pandemiyasının uşaqlarda öldürücü təsir göstərmədiyi qeyd edilsə də, ana bətnindəki körpələrlə bağlı eyni vəziyyət yoxdur. Belə ki, artıq bir neçə ölkədə koronavirusa yoluxan hamilə qadınların körpəsini itirdiyi barədə xəbərlər yayılıb. Hətta İspaniyada hamilə qadının özünün də öldüyü bildirilib.

 

Bu barədə Modern.az-a danışan həkim-ginekoloq Güləbətin Göyüşova COVİD-19 epidemiyasının hamilələrdən də yan ötmədiyini təsdiqləyib. Həkimin sözlərinə görə, RNT tərkibli olan bu viruslar əsas hava-damcı yolu ilə insan orqanizminə daxil olaraq, ağciyərlərdə alveollarda artıb çoxalır, tez bir zamanda ağciyər toxumasının böyük hissəsini infektə etmiş olur:

 

“Virus xəstə insandan sağlam insana öskürmə, asqırma zamanı hava-damcı yoluyla 1 metrlik məsafədən keçir, eləcə səthlərdə uzun müddət qalaraq toxunma ilə də yoluxma mövcuddur. Hətta son günlər viruslu çirkli səthlərə dəydikdən sonra ağıza, buruna, gözə əllərin dəyməsi zamanı da yoluxmanın yüksək olduğu bildirilir.

 

Hamiləlikdə immun sisteminin digər insanlara nəzərən zəif olması ilə bağlı, onlar qrip kimi yuxarı tənəffüs yolları infeksiyalarını daha tez-tez keçirlər. Hamiləlikdə dölə koronavirusun necə təsir etməsi, nə kimi inkişaf qüsurları yaratması haqqında biliklərimiz azdır.

 

Sadəcə yoluxanlar və artıq doğum etmiş qruplarda inkişaf qüsurlarının olmaması, mamalıq patologiyaları görülməyib. Bu hamilələr doğuşu normal yolla da başa çatdıra bilərlər. Bir neçə gün əvvəl ilk yenidoğulmuşda koronvirus testi pozitiv çıxdı. Virusun hamiləlik vaxtı, yoxsa doğuş zamanı keçməsi bəlli deyil. Çünki eksperiment təcrübələri çox azdır. Yoluxan hamilələrin əksəriyyəti 2-ci və 3-cü trimestrdə olduqları üçün də patoloji hallar yaranmaya bilər. Çünki dölün formalaşması 9-10-cu həftələrdə başa çatır. Bəlkə də yeni yoluxma hallarına, ilk trimestr yoluxmalara teratogen təsirlər olacaq. Onu da qeyd edək ki, trimestr 3 yerə bölünür, 1-ci trimestr ilk 3 ay, 2-ci trimestr orta 3 ay, 3-cü trimestr isə sonuncu 3 ayı ifadə edir”.

 

Ginekoloq bir daha xatırladıb ki, hamilələr də #evdəqal qaydasına əməl etməli, gərəksiz müayinələr üçün (cinsiyyət təyini kimi) xəstəxanaya getməməlidirlər:

 

“Həkimin verdiyi məsləhətlərə əməl etmək, gigiyena qaydalarını qorumaqla virusdan qoruna bilərlər. Hamilələr bol maye qəbul etməli, qidalanma və yuxu rejimlərinə fikir verməlidirlər. Gigiyenik qaydalar - əllərin düzgün yuyulması, evdə olmaq, ancaq günəşli havada 2 metr məsafədən yaxın olmamaqla çöldə gəzmək və s. qaydalara əməl etmək mütləqdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı