Modern.az

Bakıda dəfn mərasimində insident, Şaumyanla Rəsulzadənin uğursuz danışıqları  - SOYQIRIMININ XRONİKASI

Bakıda dəfn mərasimində insident, Şaumyanla Rəsulzadənin uğursuz danışıqları  - SOYQIRIMININ XRONİKASI

31 Mart 2020, 14:45

1918-ci ilin mart qırğını Bakı və o zamankı Bakı quberniyasının əksər şəhər və kəndlərində azərbaycanlılar araslnda ciddi ölümlərə yol açmışdı. Qırğınlar “Müsavat”-a qarşı vahid cəbhədə birləşmiş iki bir-birinə zidd ideologiyanın ardıcılı – erməni millətçilərinin “Daşnaksütyun” partiyası və bolşeviklərin silahlı dəstələrinin iştirakı ilə baş tutmuşdu.

 

Hadisələrin gedişatı onların azərbycanlı əhaliyə divan tutmaq üçün əvvəlcədən plan hazırladıqlarını ortaya qoyur.

Modern.az xatırladır ki, hər şey 1918-ci il martın 27-də “Evelina” paraxodu ilə Lənkərandan Bakıya Müsəlman Milli Komitəsinə tabe olan Lənkəran Süvari Diviziyasının 50-yə qədər əsgər və zabitin gəlişindən başlayır. Hərbçilər milyonçu Hacı Zeynalabdin Tağıyevin oğlu Məmməd Tağıyevin dəfninə qatılmaq istəyirdilər. Diviziyanın üzvü olan milyonçu oğlu rus-erməni qüvvələri ilə Lənkəranda atışma zamanı həlak olmuşdu.

 

Dəfn mərasimində iştirak edən diviziya üzvləri dəfndə iştirak etdikdən sonra geri qayıtmağı planlaşdırırdılar. Lakin Bakı Sovetinin üzvləri onların dönməsinə icazə vermir və 24 saat ərzində tərkisilah olmasını tələb edir.

Martın 30-da gərginliyin qarşısını almaq üçün hərbi qulluqçular bu təklifə razı olsalar da, Bakının müsəlman əhalisi tərkisilahın şəhərdəki digər etnik və siyasi birləşmələrə aid edilməməsinə etirazını bildirirlər. Şəhərin müxtəlif səmtlərində körtəbii atışmalar başlayır, barrikadalar qurulur.

 

Martın 30-u Bakı limanına “Dikaya Diviziya” (Vəhşi Diviziya) üzvlərinin gələn zaman onlar bolşeviklərin atəşinə tutulur və tərkisilah edilir.

 

Şəhərdə toqquşmanın qarşısını almaq üçün Nəriman Nərimanovun mənzilində Bakı Sovetinin sədri Stepan Şaumyan və "Müsavat" lideri Məmməd Əmin Rəsulzadə arasında danışıqlar başlayır. Tərəflər müsadirə olunmuş silahların Lənkəran Süvari Diviyasına qaytarılması barədə razılıq əldə edirlər. Lakin bu zaman Bakının Şamaxı küçəsində bolşeviklərin atlı dəstəsi atəşə tutulur. Həmin insidentin kim tərəfindən təşkil olunduğu sonuna qədər müəyyən olunmasa da, Stepan Şaumyana Bakıl müsəlmanlarını ittiham etməyə bəhanə olur və danışıqlar kəsilir. Atlı dəstəsinin atəşə tutulması danışıqlarda güzəştə getmək istəməyən bolşeviklərin təxribatı hesab olunur.

 

Baki Şurası və müsəlann əhalisinə qarşı etnik təmizləmə fürsəti gözləyən daşnaklar dərhal fürsətdən yararlanaraq Bakının müsəlman məhəllələrinə hücumsa keçirlər. Aeroplan, Xəzər donanmasının iki hərbi gəmisi də bu hücuma atəş dəstəyi verir. Pis silahlanmış və vahid hərbi rəhbərliyi olmayan azərbaycanlılar sülh danışıqlarına başlayırlar.

 

Bakı Sovetinin İnqilabı Müdafiə Komitəsi Musavat partiuyasına aşağıdakı şərtləri irəli sürür:

Bakı Sovetini yeganə legitim hakimiyyət kimi tanımaq və onun bütün əmrlərinə riyatə etmək

“Dikaya Diviziya”nın bütün hərbi birləşmələrinin Bakını dərhal tərk etməsi

Bakı-Tiflis və Bakı-Petrovsk dəmir yolu xətinin dərhal açılması

 

“Müsavat” partiyası bu ultimatumu martın 31-i axşam qəbul etsə də, Bakı Soveti yalnız aprelin 2-si səhər saat 11-də atəşkəsə razı olur. Atəşkəs elan olunduqdan sonra da müsəlman əhalisinin öldürülməsi aprelin 5-nə qədər davam edir. Şəhərdə öldürülən azərbaycanlıların sayı 20 minə çatır. Mart qırğınları ciddi insan tələfatı ilə yanaşı, azərbaycanlı əhalinin kütləvi sürətdə Bakını tərk etmısi ilə yadda qalır.

Britaniyanın Bakıdakı vitse-konsulu mayor Makdonel “şəhərdə heç bir ciddi nüfuza malik müsəlman qalmayıb”-deyə situasiyanı təsvir edir.

 

1918-ci il sentyabrın 15-də Bakı bolşevik-daşnak işğalından azad olunur.

 

 

    

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu