Modern.az

Hökumətin, Ombudsmanın hesabatına baxılma müddəti təxirə SALINDI

Hökumətin, Ombudsmanın hesabatına baxılma müddəti təxirə SALINDI

Aktual

1 Aprel 2020, 11:59

Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatı, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) məruzəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında illik məlumatına Milli Məclisdə baxılma müddəti qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

 

Bu barədə Modern.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli məlumat verib.

 

O bildirib ki, koronavirusa görə dəqiq vaxt yoxdur:

 

"Ona görə də dəqiq vaxtın elan olunacağı günü gözləyirik"

 

Qeyd edək ki, qanunvericilyə əsasən, Ombudsman cari il bitdikdən sonra 2 aydan gec olmayaraq ölkədə insan hüquqlarının qorunması haqqında Prezidentə illik məruzəni təqdim edir. Ombudsmanın bu məruzəsi artıq Prezidentə təqdim olunub. Lakin hələ Milli Məclisə daxil olmayıb. Həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir