Modern.az

ABŞ 100 min cəsəd paketi sifariş verdiŞok

ABŞ 100 min cəsəd paketi sifariş verdi - Şok

Aktual

2 Aprel 2020, 10:58

ABŞ-ın Fövqəladə Halların İdarə Olunması üzrə Federal Agentliyinin Pentaqona koronavirusdan ölənlər üçün 100 min ədəd cəsəd paketi sifariş verdiyi iddia edilib.

 

Modern.az xəbər verir ki, iddiaya əsasən Pentaqon bazasındakı 50 min cəsəd paketini yaxın zamanda agentliyə göndərəcək, qalan 50 min paket isə satın alınacaq.

 

Məsələ ilə bağlı nə agentlik, nə də Pentaqon rəsmi açıqlama yayıb.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkə üzrə 100 mindən 240 minə qədər insanın koronadan öləcəyini deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!