Modern.az

Obyekt sahiblərindən 1 nəfər həbs olunub, 40 nəfər cərimələnib - Operativ qərargah

Obyekt sahiblərindən 1 nəfər həbs olunub, 40 nəfər cərimələnib - Operativ qərargah

Aktual

2 Aprel 2020, 11:50

Bu günə qədər polis orqanları gücləndirilmiş rejimdə çalışır, amma ara-sıra vətəndaşlar karantin qaydalarını pozmağa cəhd edirlər.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransınsa Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini polis polkovniki Əziz Baqişov deyib.

 

Onun sözlərinə görə, indiyədək fəaliyyəti dayandırıldığı halda 41 nəfər karantin qərarını pozaraq obyektinin fəaliyyət göstərdiyi aşkarlanıb:

 

“Onlardan 1 nəfər inzibati həbs olunub, 40 nəfər cərimələnib. Bununla yanaşı, bu günə qədər karantin qərarını pozaraq polis postlarından keçməyə cəhd edən 12 nəfər inzibati həbs olunub, 1242 nəfər isə inzibati cərimə edilib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir