Modern.az

“Prezident tərəfindən tapşırıq verilib və hazırda bu istiqamətdə işlər aparılır” - Operativ qərargah

“Prezident tərəfindən tapşırıq verilib və hazırda bu istiqamətdə işlər aparılır” - Operativ qərargah

Aktual

2 Aprel 2020, 12:18

“Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün Prezident tərəfindən tapşırıq verilib və hazırda bu istiqamətdə işlər aparılır”

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 

İ. Məmmədov deyib ki, krediti olan müştərilərin vəziyyəti yaxşılaşırkən, banka əmanət qoyanların və bankların vəziyyəti pisləşdirməməlidir:

 

“Bankın iş zəncirinə zərbə vurmamağa, bankların müflisləşməməsinə çalışmalıyıq. Bununla bağlı məsələlər demək olar ki, son mərhələdədir. Sənədlər hazırlanır, yaxın günlərdə təsdiqlənəcək və bu barədə ictiamiyyətə məlumat veriləcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır