Modern.az

Ölkədə virus nə vaxt pik həddə çatacaq? - TƏBİB-dən CAVAB

Ölkədə virus nə vaxt pik həddə çatacaq? - TƏBİB-dən CAVAB

2 Aprel 2020, 13:20

"35 min testin aparılması bu sayda insanın test olunması demək deyil. Hər karantində olan şəxs 2 dəfə, sağalanlar ən azı 3-4 dəfə yoxlanılır".

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

 

Y.Qarayeva deyib ki, ölkədə virusun nə vaxt pik həddə çatıb, nə vaxt azalmasının statistikası aparılır:

 

“İlk gündən qərargahda bu işlə məşğul olan elmi işçilər, statistika aparanlar var. Həmin şəxslər respublikada virusun inkişafının stimulyasiyası ilə məşğul olur. Yəqin ki, bu, yaxınlarda açıqlanacaq. Hazırda mütəxəssislər ölkədə virusun nə vaxta pik həddə çata və ya azala bilməsi üzərində işlər aparırlar". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir