Modern.az

Virus testi pozitiv bir adamdan 60-70 adam yoluxur - Qərargah üzvündən idarələrə MÜRACİƏT

Virus testi pozitiv bir adamdan 60-70 adam yoluxur - Qərargah üzvündən idarələrə MÜRACİƏT

Aktual

2 Aprel 2020, 13:37

“Bu günlərdə onlayn rejimdə işləmək çox vacibdir və bütün dünya bacardığı qədər onlayn rejimə keçib. Ona görə də fəaliyyətinə icazə verilən idarə, müəssisə rəhbərləri işçilərin təmasını minimuma endirməlidir”.

 

Modern.az-ın  məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

 

Şöbə müdiri qeyd edib ki, fəaliyyətinə icazə verilən idarələrə müraciət edib:

 

“Maksimum dərəcədə işçilərin təmasını azaltsın. Son günlər çox qarşılaşırıq ki, bir testi pozitiv adamın təmasda olduğu çox sayda insan var. Mütləq deyil ki, eyni anda 30-40 adam çalışsın. Virus testi pozitiv bir adamdan 60-70 adam yoluxur. Bütün müəssisələr buna əməl etməlidir. Vətəndaşların təması minimuma endirilməlidir".

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub