Modern.az

Beynəlxalq Türk Akademiyası qədim türk abidələrinin axtarışında

Beynəlxalq Türk Akademiyası qədim türk abidələrinin axtarışında

2 Aprel 2020, 20:27

Beynəlxalq Türk Akademiyası qədim türk abidələrinin axtarışını davam etdirməkdədir. Müxtəlif dövrlərdə Manqışlak yarmadasında başladılan ekspedisiyanın yeni nəticələri məlum olub.
Modern.az TWESCO.com portalına istinadən xəbər verir ki, arxeoloji tədqiqatlar onu deməyə əsas verir ki, Qızıl Orda dövründə Qzaxıstanın həm də dəniz yolu mövcud olub. Bu dəniz yolu XVI əsrdə Manqışlak yarmadasındakı Kətikqala şəhərindən başlayıb. Böyük İpək yolu məkanında xüsusi əhəmiyyətə malik olan Kətikqala dəniz limanı Xəzərətrafı dövlətləri birləşdirib. Qədim Kətikqala yaşayış massivininı araşdıran arxeoloqlar belə hesb edirlər ki, burada tapılan eksponatlar nadir tarixi abidələrdir. Ona görə ki, Qızıl Orda dövründə Qazaxıstan səhralarında yeganə olan dəniz şəhəri həm də böyük geopolitik məna kəsb edib.
Burada tapılan nadir pul sikkələri, artefaktlar və həmin dövrün məişət əşyaları, təsdiq edir ki, XVI əsrin ikinci yarsında bu liman şəhəri böyük iqtisadi əhəmiyyət kəsb edib. Qazıntılar zamanı tapılan sikkələr Qızıl Orda xanı Canıbəyin dövrünə aiddir. Qazıntı işləri aparan alimlər belə nəticəyə gəliblər ki, sahildə yerləşən liman şəhəri Bautin buxtasına birləşirmiş. Ticarət əlaqələri Xarəzm quru yolu ilə də bağlı olub. Ərazidən tapılan Xarəzm şahlığına aid sikkələr və saxsı parçaları bunu deməyə əsas verir. Bundan əlavə alimlər Qızıl Orda dövrünə aid olan dəniz limanının İran və Azərbaycanla Volqaboyu və Saraycıqdakı Jayık çayı ilə də əlaqələrini təsdiq edən nadir əşyalar aşkar ediblər. Qeyd etmək lazımdır ki, bu ərazilərdə ilk arxeoloji qazıntılar hələ ötən əsrin 80-ci illərində L.Qalkinanın rəhbərliyi ilə Moskva arxeoloji ekspedisiyası tərəfindən başlanıb. Qazaxıstanlı arxeoloqlar isə ərazidə 2008, və 2014-2015-ci illərdə arxeloji tədqiqatlar aparıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır