Modern.az

Azərbaycan nefti niyə Brentdən ucuz satılır? - SƏBƏB

Azərbaycan nefti niyə Brentdən ucuz satılır? - SƏBƏB

3 Aprel 2020, 09:29

Ötən gün Azərbaycan neftininin 1barreli 16,53 dollara satılıb.

“Azeri Light” markalı neftin bir barrelinin daha 2,90 dollar ucuzlaşaraq 16,53 dollar təşkil etməsi bəzi suallar doğrurur: “Azeri Light” niyə Bren markalı neftdən ucuz satılır?

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Modern.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu Azərbaycan neftinin niyə Brentdən ucuz satıldığını belə izah edib:

“Azərbaycan neftinin qiyməti birjalarda təyin edilmir. Alıcı və satıcı arasında sövdələşmə predmeti əsasında Brent markalı neftə nisbətdə və həmin terminalda tələb-təklifə görə müəyyənləşir. Hazırda yüngül (light) neftə tələbat azalıb, ona görə Azərbaycanın, Qazaxıstanın və Nigeriya neftinin qiyməti Brentdən aşağı düşüb”.

Xatırladaq ki, dünən dünya neft birjaları ABŞ prezidenti Donald Trampın atdığı bir tvitlə çalxalandı – nəticədə neft 25 dollardan 36 dollara qədər yüksəldi, sonra yenidən 29 dollara qədər gerilədi.
Tramp Rusiya və Səudiyyə Ərəbistanının gündəlik hasilatın 15 mln barrel azaldılması barədə razılıq əldə edəcəyini bəyan etmişdi.

Ekspertlər dərhal bunun praktiki olaraq mümkün olmadığını yazdı - çünki bu ölkənin 2-nin birlikdə cəmi hasilatı elə 22 mln. barreldir. Yəni birdən-birə hasilatı 75% nədir, hətta 25-30% azaldacaqları belə şübhəlidir.


İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, qlobal iqtisadiyyatın orta hesabla 25-30% kiçildiyi bir vaxtda bazardan neft artıqlığının götürülməsinin belə neftin qiymətlərində nəzərəçarpan artıma səbəb olacağı, hətta bazarın real tələbatı səviyyəsində təklif saxlnacağı halda belə yüksək qiymətlərə imkan yaradacağı real görünmür.

“Hazırda qlobal miqyasda ciddi iqtisadi və onun nəticəsi olaraq son dərəcə ağır sosial vəziyyət yaşanır.
İdxalı enerji daşıyıcılarından yüksək asılı olan ölkələrdə ixracın kəskin itirildiyi şəraitdə yüksək qiymətə enerji daşıyıcları ticarət və tədiyə balansının defisitinin artmasına və makroitisadi sabitliyin həmin ölkələrin bəzilərində hətta siyasi sabitliyə təhdid olacaq həddə pozulmasına səbəb ola bilər.
2018-ci ildə dünya aparıcı iqtisadiyyata malik olan ölkələrində idxalın strukturunda enerji daşıyıcılarının payına diqqət edək:

Hindistan - 33%, Cənubi Koreya 27%, Yaponiya və Türkiyədə- 22%, Çin - 16%, İtaliya - 14%, Almaniya, Böyük Britaniya və ABŞ-da 10% ətrafında.

Özü də bu ölkələrdən Yaponiya, Türkiyə, Hindistan və ABŞ, Böyük Britaniya hələ ixracatlarının ən yüksək olduğu dövrdə mənfi ticarət balansına malik ölkələrdir.
İndiki şərtlərdə isə ixracın kəskin şəkildə azadığı dövrdə neftin qyimətllərinin adekvat azalması qaçılmazdır - əks halda xidmət ixracının da itirldiyi bir şəraitdə enerji daşıyıcılarının bahalanması bu ölkələrin nəinki ticarət balansını, bütövlükdə ödəmlər balansında iri həcmdə defisitin yaranmasını qaçılmaz edər.
Bu baxımdan virus probleminə nöqtə qoyulmayana qədər neft bazarının yüksək, ən azından Rusiya və ABŞ qane edən ortaq qiymət həddinin formalaşacağı real görünmür...”.

 
A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir