Modern.az

Hacıqabulun icra başçısı sakinlərlə maarifləndirici söhbətlər aparıb - FOTO

Hacıqabulun icra başçısı sakinlərlə maarifləndirici söhbətlər aparıb - FOTO

3 Aprel 2020, 12:25

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov operativ qərargahın üzvləri ilə birlikdə əhali arasında maarifləndirici söhbətlər aparıb.

 

Modern.az xəbər verir ki, ölkə ərazisində koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Hacıqabul rayon İcra hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın sədri, rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov qərargah üzvləri ilə birlikdə əhali arasında maarifləndirmə tədbirləri həyata keçirib.

 

Söhbət zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri, xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü insanların fərdi evlərində və mənzillərində qalmaları tələb olunduğu barədə xəbərdarlıq edilmişdir, zərurət səbəbindən evdən çıxmış, tibbi maskası olmayan şəxslərə maska paylanmışdır. Bu günə qədər karantin qaydalarına riayət etməyən 87 şəxs barəsində inzibati qaydada protokol tərtib edilib.

 

İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında, fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində gündəlik dezinfeksiya işləri aparılır.

 

Tədbirlər müntəzəm olaraq aparılır. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?