Arxiv
6 Dekabr 2012, 10:32 | FOTOSÖHBƏT
Yazıçı Əkrəm Əylisli ilə FOTOSÖHBƏT

Bu gün tanınmış yazıçı Əkrəm Əylislinin ad günüdür, onun 75 yaşı tamam olur. Modern.az saytı bunu nəzərə alaraq, yazıçı ilə 2010-cu ildə yayımlanan fotosöhbəti təkrar dərc edir.

Əkrəm Nəcəf oğlu Naibov-Əylisli 1937-ci il dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olub. Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Xalq yazıçısı, əməkdar incəsənət xadimidir. «İstiqlal» və «Şöhrət» ordenləri ilə təltif edilib. Müxtəlif dillərdə çap olunmuş onlarca povest və hekayənin müəllifidir. Pyesləri bir çox teatrların səhnələrində tamaşaya qoyulub, publisistik məqalələri geniş ictimai rəy doğurub. Dünya ədəbiyyatı klassiklərinin bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib. Rus dilini bilir.

1962-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında redaktor işləyib. 1964-cü ildən «Kommunist» qəzetinin ədəbi işçisi, 1965-ci ildən Azərbaycan Dövlət Nəşriyyatının əməkdaşı, 1968-ci ildən «Gənclik» nəşriyyatının baş redaktoru olub. 1969-cu ildən «Azərbaycanfilm» kinostudiyasının ssenariçisi, 1971-ci ildən «Mozalan» satirik kinojurnalının baş redaktoru, 1973-cü ildən Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru, 1978–1983-cü illərdə «Azərbaycan» jurnalının baş redaktoru, 1988–1989-cu illərdə Azərbaycan Yazıçılar Birliyinin katibi, 1992–2003-cü illərdə «Yazıçı» nəşriyyatının direktoru vəzifələrində çalışıb. Bitərəfdir.

2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. Yazıçı hazırda Azərbaycan Ziyalılar Forumunda təmsil olunur.
Evlidir, 2 övladı var.


Lap uşaqlıq şəklim yoxdur. Mən lap balaca olanda bizim evdə güzgü də olmayıb. İlk dəfə özümü güzgüdə 10 yaşım olanda görmüşəm. Bu şəkildəki vaxtımda artıq yeddillik Əylis məktəbini bitirmişəm... Şəkil həmin məktəbin həyətində lentə alınıb.

Bu şəkildə texnikum tələbəsiyəm, şəkil Naxçıvanda bibimoğlunun həyətində çəkilib.1956-cı il.

Texnikum yoldaşlarımla. 1956-cı il.

Bu şəkildə təxminən 19 yaşım olar. Bakıda texnikumda oxuduğum birinci ildi.

BDU-nun (O zaman ADU idi) II kurs tələbəsiyəm. 1959-cu il.

Yoldaşım və uşaqlarım.1970-ci il.

Yəmənin Tais şəhərində ərəb şeyxi və rus yazıçısı ilə. 1970-ci il.

SSRİ yazıçılarının Monqolustana gedən nümayəndə heyətnin tərkibindəyəm.

Yenə Minskidə ədəbiyyat günləri...1971-ci il.

Böyük oğlum İlyası gəzdirirəm. 1975-ci il.

Bu şəkil Minskdə Orta Asiya ədəbiyyat günləri zamanında çəkilib.1976-cı il.

Oğlum İlyasla...1977-cü il.

Anam Əylisdə...

Monqolustan, Orxon Yenisey abidəsinin önündə...

ADU-da “Azərbaycan” jurnalının kollektivi ilə görüş. Soldan Vaqif Yusifli, Mövlud Süleymanlı, Nadir Cabbarov, mən...1980-ci il.

Kiyev, Dneprin sahilində... 1980-ci il.

Əylisdə Əlmüzür dərəsində...

Yaltada bir qrup sovet yazıçısı ilə birgə...

Dövlət Universitetində görüşdəyik.

“Azərbaycan” jurnalının 60 illiyi ilə bağlı dövlət əhəmiyyətli tədbir.

Yazıçı Nəşriyyatı...Muxtar İmanov və rəssam Azər Ələkbərov. 1977-ci il.

Həyat yoldaşımla. 1978-ci il.

Fəttah Heydərov, İmran Qasımovla birgə. Ordubadda.1978-ci il.

Oğlanlarım İlyas və Nəcəf. 1979-cu ul.

Tofiq Tağızadə və Cəmil Əlibəyovla. 1979-cu il.

Don sahili, Vyoşonskidə Şoloxovla görüş.1979-cu il.

Kiyevdə İvan Draçla... 1979-cu il.

Şəkidə “Bağdada ptyovka” pyesinin primyerası.1980-ci il.

Şuşada şuşalılarla bir yerdə...

Rəssam Cəmil Mustafazadə Əylisə gəlib. 1987-ci il.

Norveç. Borgen şəhəri. 1994-cü il.

Bakıda nəşriyyatda işləyən dövrlərimdi. 1995-ci il olar.

Norveçə getmişdim.

Norveçdə süvenir mağazasında.

Oğlum İlyasla İstanbuldayam.

Türkiyənin Kayseri şəhərində...

Əylis yaxınlığında Gilan xarabalığı...

İraqda Mədain xərabələri qarşısında.

Əylis mənzərələrindən...

Naxçıvanda yubiley tədbiri.

Əylisdə öz həyətimizdəyəm.

Milli Məclisdə Rafiq maraqlı şəkillər çəkir.

Milli Məclisdə

Əylisdə Arsı dağının fonunda. 2007-ci il.

Ordubadda çəkilən son şəkillərimdəndir...

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda yeni yaranan partiyalar niyə oturuşa bilmir?.. 20 Avqust 2019, 14:08 Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi 20 Avqust 2019, 13:56 Deputatın seçicilərlə görüşü davam edir 20 Avqust 2019, 13:42 “Maşın” yenidən başlayır 20 Avqust 2019, 13:39 Putindən Fransanın “birinci ledisi”nə qəribə kompliment 20 Avqust 2019, 13:33 Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu” 20 Avqust 2019, 13:13 Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ 20 Avqust 2019, 12:46 Obama, Zukerberq və Geyts Ermənistana gedir 20 Avqust 2019, 12:35 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI 20 Avqust 2019, 12:31 Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxundu   20 Avqust 2019, 12:09 Bakıda yaşayış binası yanır - sakinlər təxliyə edilib 20 Avqust 2019, 12:04 Ağstafada piyadanı vurub qaçan sürücü həbs olundu 20 Avqust 2019, 11:57 672 bal toplayan abituriyent Dillər Universitetini seçdi 20 Avqust 2019, 11:55 “Bu qədər pul hardandır?!” - Deputat HİDDƏTLƏNDİ: “Əsgərlikdə olmayan məmur övladları xaricdə kef çəkirlər” 20 Avqust 2019, 11:53 Azərbaycanda attestatı olmayan abituriyent tələbə oldu - MARAQLI 20 Avqust 2019, 11:28 Yeni Qarabağ danışıqları, yeni forma, nimdaş məzmun - TƏHLİL 20 Avqust 2019, 11:25 Çempionlar Liqasının pley-off oyunları başlayır 20 Avqust 2019, 11:01 Antisanitar şəraitdə işləyən qənd istehsalı sexi aşkarlandı - FOTO 20 Avqust 2019, 10:46 Bu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHI 20 Avqust 2019, 10:32 Daha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək 20 Avqust 2019, 10:16 “Relaks” az vergi ödəyən 1-ci şirkət deyil - Himayə olunan digər obyektlər də var... 20 Avqust 2019, 09:58 Dörd rayonda qaz təchizatı dayandırılıb 20 Avqust 2019, 09:47 Ermənistan iriçaplı pulemyotlarla atəşkəsi pozdu 20 Avqust 2019, 09:45 Bakıda Əməkdar jurnalistin qardaşının evi qarət olundu - FOTOLAR 20 Avqust 2019, 09:38 Azərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏR 20 Avqust 2019, 09:18 Azərbaycanda əhalinin 13 faizi pensiyaçılardı 20 Avqust 2019, 09:11 Murad Köhnəqala yeni mənzilinə nə vaxt köçəcək? - “Bir xeyirxah çıxıb mənə kömək edəcək” 20 Avqust 2019, 09:04 Yaddan çıxmış sənətkarlar: Həkimlərin komaya saldığı Əməkdar artist-FOTOLAR 20 Avqust 2019, 08:54 Binəqədidə “Favorit” market yanıb, 1 nəfər zəhərlənib 20 Avqust 2019, 08:39 Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək... 20 Avqust 2019, 08:34 Polislərin hədəf alındığı partlayış 20 Avqust 2019, 00:47 Sabirabadda 34 yaşlı kişi özünü asdı 20 Avqust 2019, 00:33 Binəqədidə ev ikinci dəfə qarət edildi 20 Avqust 2019, 00:17 Ukraynanı qorxuda saxlayan 3 Gürcüstan vətəndaşı saxlanılıb 19 Avqust 2019, 23:59 Azərbaycan nefti bahalaşıb 19 Avqust 2019, 23:44