Modern.az

Evdən çıxma icazəsi üçün hazırlanan sistem təqdim olundu

Evdən çıxma icazəsi üçün hazırlanan sistem təqdim olundu

Aktual

3 Aprel 2020, 12:43

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin təqdimatı olub.

 

Modern.az xəbər verir ki, bütün hüquqi və fiziki şəxslərin xüsusi karantin rejimində evdən çıxma qaydalarının təmin edilməsi ilə bağlı icazələr sistemi Prezident yanıdna Vətəndaşlara Xidmtə və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təqdim edilib.

 

Bildirilib ki, sistem “ASAN xidmət”in tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gəlib.

 

Təqdimat mərasimində Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov sistemin istifadə qaydası haqqında danışıb.

 

O bildirib ki, sistemdən istifadə qaydaları ilə əlaqədar suallarla bağlı vətəndaşlar “ASAN xidmətin” 9108 Çağrı mərkəzinə müraciət edə bilərlər.

 

Artıq bu gündən xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının məlumatlarının “icaze.e-gov.az” portalında yerləşdirilməsinə başlanılıb. Portal artıq saat 10:00-dan etibarən işə düşüb.

 

Belə ki, müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları bu saatdan etibarən “icaze.e-gov.az”a daxil etməlidirlər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır