Modern.az

SMS-lə icazə alanlar şəxsi avtomobildən istifadə edə biləcək?

SMS-lə icazə alanlar şəxsi avtomobildən istifadə edə biləcək?

3 Aprel 2020, 13:14

“Həm fəaliyyətinə icazə verilən qurumların əməkdaşları, həm də vətəndaşlar öz şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər”.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.

 

Agentlik rəsmisi deyib ki, fəaliyyətinə icazə verilən qurumlar əməkdaşları barədə məlumatı sistemə qeyd edəndə onların nəqliyyat vasitələri barədə məlumatları da əlavə edirlər:

“Bir avtomobillə bir neçə ailə üzvü gedəcəksə, hər biri üçün ayrı-ayrılıqda icazə alınmalıdır. Əgər alınmasa, bu, karantin rejiminin qaydalarının pozulması sayılacaq. Aidiyyəti qurumların müstəsna hüquqları var ki, istənilən nəqliyyat vasitəsini dayandırıb yoxlasın”.

 

C.Salmanov qeyd edib ki, əgər vətəndaş Yasamalda yaşayırsa və aptekə getmək istəyirsə, icazə üçün verilən 2 saat müddətində Bakının digər rayonlarındakı aptekə də gedə bilər".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir