Arxiv
3 Aprel 2020, 13:36 | İQTİSADİYYAT
“Pul kütləsi artmalıdır ki, faizlər qalxmasın” - Vüsal Qasımlı

Azərbaycan iqtisadiyyatı qlobal şoklar, pandemiya və aşağı neft qiymətləri dövrünün başlaması ilə yeni tarazlıq vəziyyətinə keçəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

 

Onun sözlərinə görə, ötən il cari əməliyyatlar balansında 4,4 mlrd. ABŞ dolları, kapitalın və maliyyənin hərəkəti balansında isə 0,1 mlrd. dollar profisit yaranması, həmçinin ehtiyat aktivlərinin 5,1 mlrd. dollar artması neftin hər barel üçün orta hesabla 64 dollar qiyməti şəraitində baş tutub.

 

“Bu il isə 60% ucuzlaşan neftin qiyməti, kəskin azalan tələbin, bazarlar uğrunda mübarizənin və “ağzına qədər dolan” anbarların diktəsi ilə hələ uzun müddət aşağı intervalda olacaq. Üstəlik Azərbaycanda neft hasilatının ilbəil azalması və maya dəyərinin artması da nəzərə alınmalıdır. Belə şəraitdə iqtisadiyyatın “güzgüsü” sayılan tədiyyə balansının tarazlaşdırılması və davamlı inkişafın təmin edilməsi üçün əsas mənbə sərmayə qoyuluşunun artırılmasıdır”, - deyə V. Qasımlı qeyd edib.

 

Mərkəzinin icraçı direktorunun fikrincə, hazırkı koronavirus böhranı qlobal inflyasiyanı azaldır ki, bu faktın da qeyri-neft sektoru üzrə 9,5 mlrd. dollar idxalı olan Azərbaycanda qiymətlərə azaldıcı təsiri olacaq.

 

“Pul siyasətinin lövbəri tədriclə pul bazasından qısamüddətli faizlərin üzərinə keçirilməlidir. Çünki qısamüddətli faizlər nə qədər aşağı olsa, investisiya da bir o qədər çox olacaq. Azərbaycanda verilən kreditlər üzrə real faiz dərəcəsi inflyasiya da nəzərə alınmaqla 11,1%-dir. İndiki halda mövcud biznes kreditlərinin yükünün 10%-nin dövlətin subsidiyalaşdırması, yeni kreditlərin isə faizlərinin yarısının və zəmanətinin 60%-in dövlətin öz üzərinə götürməsi, əslində real faizin biznes üçün əhəmiyyətli dərəcədə aşağı salınmasıdır. Bu iki proqram çərçivəsində veriləcək 1,5 mlrd. manatlıq dövlət dəstəyi biznes kreditləri formasında iqtisadiyyata qoyulacaq sərmayədir”, - deyə V. Qasımlı bildirib.

 

O həmçinin vurğulayıb ki, pul multiplikatorunu da nəzərə alaraq, 1.5 mlrd. manat dəstək daha da böyüyə bilər.

 

“Dünya üzrə özəl sektora verilən kreditlər ÜDM-in 129,7%-ni təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 20,8% olub (2018-ci il üçün). Beləliklə, özəl sektorun kreditləşməsi üçün daha böyük potensial var. Biznes kreditlərinin dövlət tərəfindən subsidiyalaşdırılması və zəmanət verilməsi kommersiya banklarının risklərlə bağlı ənənəvi arqumentlərini aradan qaldırır. Dövlətin dəstək proqramı bank sektorunu da xilas edir. Bunun əvəzində bank sektoru ona uzadılan kömək əlini qiymətləndirməlidir və özəl sektorun maliyyələşdirilməsində daha fəal iştirak etməlidir”, - deyə V. Qasımlı qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ölkədə koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ 6 İyun 2020, 18:31 "Nikol Paşinyan da dindirilməlidir" - Vanetsyan 6 İyun 2020, 18:22 Kürdəmirdə 20 yaşlı gənc göldə batıb 6 İyun 2020, 18:15 Azərbaycanda koronavirusdan sağalanların sayı 4000-i ötdü 6 İyun 2020, 18:06 Azərbaycanda koronavirus ANTİREKORDU - 379 yeni yoluxma, 2 ölüm 6 İyun 2020, 17:56 "COVİD-19"un vətənində SON DURUM 6 İyun 2020, 17:48 Sərt karantin rejimin tətbiq olunduğu rayon və şəhərlərin deputatları DANIŞDI 6 İyun 2020, 17:40 Bakıda oğul atasını bıçaqladı 6 İyun 2020, 17:31 Nazirlik regionlarda yüksəksürətli internet üçün işləri davam etdirir 6 İyun 2020, 17:23 DİM onlayn imtahanların ilk sınağını keçirdi 6 İyun 2020, 17:14 Qəbələ və Oğuza dolu yağır - Faktiki hava 6 İyun 2020, 17:06 Rəsmi Tbilisi: “Gürcülərlə azərbaycanlılar arasında nifaq salmaq istəyirlər” 6 İyun 2020, 16:58 “Taliban” 38 əfqan əsgərini azad etdi 6 İyun 2020, 16:49 Deputat: "İnsan haqlarından danışan Avropa Şurası Ermənistanın pozucu siyasətinə göz yumur" 6 İyun 2020, 16:40 Ermənilər Zəngəzurdan Qarabağa 3-cü yol çəkir – XƏRİTƏ 6 İyun 2020, 16:32 Gürcüstanda azərbaycanlı polis öldü 6 İyun 2020, 16:25 “Vətəndaşların fəaliyyət istiqaməti NK-nın qərarı ilə təsdiqlənməsə və icazəsi aktivləşdirilsə, cərimələnə bilərlər” - RƏSMİ 6 İyun 2020, 16:17 Mirtağı Əsədov Gürcüstanın DTX-nə çağrıldı 6 İyun 2020, 16:08 Dalana dirənən Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolu axtarır - Fərid Şəfiyev 6 İyun 2020, 16:00 Gəncədə narkotacir saxlanıldı   6 İyun 2020, 15:52 Amerikada yaşamaq şansı verən “Green Card”a kimlər müraciət edə bilər? - VİDEO 6 İyun 2020, 15:45 Azərbaycanda deputatın yaxın qohumu koronavirusdan öldü 6 İyun 2020, 15:38 Avropa Şurasının ikibaşlı ermənipərəst siyasət aparması bizdə təəcüb və təəsüf hissi yaratdı - Vahid Əhmədov 6 İyun 2020, 15:30 Polisin bu addımı müsbət qarşılandı - FOTO 6 İyun 2020, 15:23 Kamran Bayramov: "AŞPA-nın qərəzli mövqe Azərbaycanın deyil, təşkilatın özünün nüfuzuna xələl gətirir" 6 İyun 2020, 15:15 Bələdiyyə sədri kəndin mərkəzinə su çəkdi 6 İyun 2020, 15:07 Polis jurnalistin xəstə anasına yardım etdi 6 İyun 2020, 15:00 Yardımlı və Bərdədə 7 tondan çox çətənə kolu məhv edildi 6 İyun 2020, 14:53 ÜST maskaların istifadəsinə dair təlimatını YENİLƏDİ 6 İyun 2020, 14:45 Azərbaycanda koronaviruslu xəstələrin dəhşətli görüntüsü - VİDEO 6 İyun 2020, 14:36 Ulvi Quliyev: “AŞPA bəyan etdiyi prinsiplərin əksinə fəaliyyət göstərməklə özünü iflasa sürükləyir” 6 İyun 2020, 14:27 Avropa Şurası ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməklə məşğuldur 6 İyun 2020, 14:18 Ədalət və insanlıq dərsi! - MUSA URUD YAZDI 6 İyun 2020, 14:10 Faktiki HAVA 6 İyun 2020, 14:03 Bakının kimsəsiz və səssiz küçələri - FOTOLAR 6 İyun 2020, 14:00