Arxiv
3 Aprel 2020, 14:58 | MEDİA
Azərbaycanın jurnalist təşkilatı Ermənistan jurnalistlərinə müraciət etdi  

Azərbaycan Parlament Jurnalistlər Birliyi Kəlbəcərin işğalının 27-ci ildönümündə Ermənistan jurnalistlərinə müraciət edib:

 

- Jurnalistika elə bir sahədir ki, burada fəaliyyətin təməl prinsipi obyektivlikdir. Jurnalistlik bütün zamanlarda həqiqətin üzünə dik baxmaq, doğrunu yazmaq, yayınlamaq olub, bunsuz əsl jurnalist olmaq mümkün deyil.

 

Əsl jurnalistlərin öz peşə prinsiplərinə sadiq qalmalarına söykənərək sizə müraciət edirik.

 

Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 27-ci ili tamam oldu.

 

1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edildi,60 minə yaxın azərbaycanlı öz evindən köçkün düşdü, yüzlərlə mülkü şəxs ya girov götürüldü, ya da öz evində öldürüldü.

 

Məhz BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair ilk qətnaməsi (1993-cü il aprelin 30-da qəbul edilən 822 saylı qətnamə) Kəlbəcər rayonunun işğalını qəti şəkildə pisləyir, ərazinin işğalçı qüvvələr tərəfindən dərhal azad olunmasını tələb edirdi. Təəssüf ki, Ermənistan bu sülh çağırışlarına məhəl qoymadı və nəticə göz önündədir...

 

Ermənistan tək Kəlbəcəri deyil, Azərbaycanın Xankəndi, Ağdərə, Şuşa, Xocalı, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd kimi bölgələrini, Qazaxda, Naxçıvanda isə xeyli yaşayış məntəqələrini işğal edib. Nəticədə günahsız insanlar evlərindən didərgin salınıb, girov götürülüb, qətlə yetirilib. Xocalıda azərbaycanlılara qarşı Ermənistan tərəfindən soyqırımı aktı törədilib. Bütün bunlar danılmaz faktlardır.

 

Sizə müraciət edirik, aranızda 40, 50 yaşlarında suşalı, xocalılı, kəlbəcərli, laçınlı, ağdamlı, füzulili, cəbrayıllı, qubadlılı, zəngilanlı jurnalist varmı?
Yalnız bizim təşkilatda həmin bölgələrdən olan onlarla jurnalist var.

 

Biz də, siz də Cənubi Qafqazda yaşayırıq, burada insanlar nədən dostluq mühitində yaşamasınlar?

 

Ermənistanın yürütdüyü siyasət regionda insanların əmin-amanlığını pozub, bölgə on illərdir qan içindədir.

 

Sülhün bərqərar olmasında biz jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Siz də sülh istəyirsinizsə, Ermənistanda analara çatdırın ki, öz övladlarının Azərbaycan ərazilərinə hərbi xidmətə göndərilməsinə qarşı çıxsınlar, onların özgə torpağında ölməsinə imkan verməsinlər. Ermənistan hakimiyyətinə çatdırın ki, işğal altındakı torpaqları azad etsin, yürütdükləri siyasət tək özlərini deyil, erməni cəmiyyətini fəlakətə aparır.

 

Cəbhədə hər yeni insident, hər yeni ölüm xəbəri bizi sülhdən daha da uzaqlaşdırır, yeni nəsillərin belə öhdəsindən gələ bilməyəcəyi dalana aparır. Onsuz da indi bütün dünya, insanlıq koronavirus təhlükəsi ilə üz-üzə qalıb:

 

Gəlin birlikdə Ermənistanın işğalçılıq siyasətinə görə Cənubi Qafqazda silahlardan istifadə edilməsinə qarşı çıxaq!

 

Bunun üçün biz jurnalistlərdən tək bir şey tələb olunur: Obyektivlik.

 

Yalançı tarixçilər, hiyləgər siyasətçilər mövsümidir, gəlin, Cənubi Qafqazı mövsümilərin qurbanı etməyək!

 

Azərbaycan Parlament Jurnalistlər Birliyi, 2 aprel 2020-ci il

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcü alimi erməni sürüsünün silsilə riyakarlığı barədə  20 Sentyabr 2020, 09:24 Koronavirusa ən yüksək yoluxma baş verən daha bir ölkə 20 Sentyabr 2020, 09:18 Bir “Əsrin müqaviləsi” kimi imzalandı, iki əsrin müqaviləsi oldu… 20 Sentyabr 2020, 09:14 Bakıda ağır QƏZA: “Mitsubishi” yol kənarındakı maneəyə çırpıldı 20 Sentyabr 2020, 09:08 Kosmik turizm başlayır... 20 Sentyabr 2020, 09:07 Bakının mərkəzində bina uçub - Sakinlərin harayına yetişən yoxdu – FOTO 20 Sentyabr 2020, 08:56 Abituriyentlərə XƏBƏRDARLIQ: Bu gün sonuncu gündür 20 Sentyabr 2020, 08:29 Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12