Modern.az

Gəncədə kişi həyat yoldaşını benzinlə yandırıb - FOTO

Gəncədə kişi həyat yoldaşını benzinlə yandırıb - FOTO

Aktual

5 Aprel 2020, 12:44

Gəncədə qadın yanıq xəsarətləri alıb.

 

Modern.az "APA"ya istinadla bildirir ki, hadisə şəhərin Zərdabi küçəsindəki yaşayış evlərinin birində qeydə alınıb.

 

1986-cı il təvəllüdlü Abbasova Könül Vaqif qızı bədəninin 40-50 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadını həyat yoldaşı üstünə benzin tökməklə yandırıb. Səbəb isə onların boşanması olub.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu