Modern.az

Region gənclərinin məşğulluq imkanlarının artırılması nəzərdə tutulur

Region gənclərinin məşğulluq imkanlarının artırılması nəzərdə tutulur

8 Yanvar 2010, 11:16

Bu gün Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi yeni layihəsinin icrasına start verib. Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, “Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək” adlanan layihənin əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etməkdir.
Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edəcək layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutur. Belə ki, layihə çərçivəsində həmin gənclər üçün müxtəlif təlim proqramlarının və məsləhət xidmətinin təşkili nəzərdə tutulur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir