Modern.az

Jurnalistikada da, sosial şəbəkədə də fürsətçi dələduzlar var - DEPUTAT

Jurnalistikada da, sosial şəbəkədə də fürsətçi dələduzlar var - DEPUTAT

Aktual

6 Aprel 2020, 16:46

Fazil Mustafa,
Milli Məclisin deputatı

Fürsətçilik yalnız maska, spirt, qiymətlərin süni şəkldə qaıdırılmasında deyil. Jurnalistikada da, sosial şəbəkədə də vətənpərvərlik paqonlarını taxıb avaralanan bəzi fürsətçi dələduzlar var. Bunlar bilirsiniz nə edirlər? Xalqın duyğuları ilə oynayaraq yanlış informasiya ilə kimlərisə hədəfə götürürlər, kimlərinsə təbliğatını aparırlar. Baxın, statuslar paylaşırlar ki, filan deputatlar seçicilərə yardım etdi. Bəs digərləri? Dərhal başıboş bir kütlə məsələnin mahiyyətini anlamadan başlayır ucdantutma digər deputatları qınaq obyektinə çevirməyə. Bu davranışa ona görə dələduzluq deyirəm ki, səbəbini bilirəm. Hansısa deputatdan beş-on manat alıb, yaxud da hansısa xahişini aşırıb, vəssalam, onun təbliği naminə hamını hədəfə çevirməyə başlayırlar. Kiminsə imkanı səviyyəsində seçicilərini kömək etməsi çox yaxşı işdir və əminəm ki, deputatların böyük əksəriyyəti səssiz-səmirsiz bunu edirlər. Həm də dövlətin yaratdığı fonda da vəsait köçürərək, dövlət tərəfindən də bu dəstəyin göstərilməsinə yardımçı olurlar. İndi karantin qaydalarına görə deputatın köməkçiləri də bayıra çıxmaq imkanına sahib deyillər, insanlarla geniş əlaqə saxlaya bilmirlər. Bu işi dövlətin sosial müdafiə qurumları koordinasiyalı şəkildə edir və etməlidirlər də! Deputatın biznes fəaliyyəti ilə məşğul olması qanunla yasaqdır, əmək haqqından başqa gəlir mənbəyi normalda olmamalıdır. İstisna olaraq pedaqoji fəaliyyətdən də inanmıram ki, elə də əhəmiyyətli gəlir əldə etsin. Üstəlik də əməkhaqqından müəyyən bir hissəni də koronavirusla mübarizəyə dəstək üçün yönəldir. Özünün də hansısa rəsmi və zəngin fondu yoxdur. O halda xərclədiyi vəsaiti ya obyektlərinin gəlirlərindən, ya da aldığı qanunsuz rüşvətdən olmalıdır. Bu kimi neqativ faktlar da ortaya çıxan kimi, edilən xeyirxalığı da unudan məhz bu sosial şəbəkə və media dələduzları olur ki, başlayırlar şivənə: bəs deputat niyə qanunsuz fəaliyyətlə məşğul olur? Qəribə parodoksdur, adamdan həm təmizlik tələb edirlər, həm də sövq edirlər ki, haradan istəyirsən qazan və seçiciyə pul xərclə! Şəxsən mən seçki dairəmdə əsasən tənha yaşlılar üçün dəstəyi gücüm yetən səviyyədə edirəm. Çünki onların internete girmək, yaxud da marketə getmək imkanları belə olmur. Digər müraciətləri də yerli icra hakimiyyətinə və sosial müdafiə qurumuna yönləndirirəm ki, həqiqətən imkanı olmayan kimsə unudulmasın. Bütün ehtiyacı olan insanlara köməklik göstərmək üçün deputatların maddi imkanı yoxdursa, onları ucdantutma hədəfə çevirmək tərbiyəsizlik deyilmi? Kimisə təbliğ etmək istəyirsinizsə, edin. Kiməsə yarınırsınızsa, yarının. Ancaq başqalarını o halda ittiham edə bilərsiniz ki, səlahiyyət və imkan sahibi olsun, lakin öz səlahiyyətlərini yerinə yetirməsin.Bu addımla həm də dövlətin etdiklərini də kölgə altına salırsınız. Çünki dövlət özü vətəndaşına lazımi səviyyədə sahib çixir, bu dəstəyi ala bilməyən insanlara da hamılıqla kömək etməliyik ki, bu çətin günlərdə unudulmasınlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi