Modern.az

Deputat koronavirusla bağlı Mingəçevirdəki son vəziyyəti AÇIQLADI

Deputat koronavirusla bağlı Mingəçevirdəki son vəziyyəti AÇIQLADI

Aktual

6 Aprel 2020, 16:48

“Koronavirusla mübarizə tədbirlərinin səviyyəsi, qadağalara riayət olunması ilə bağlı hər gün Mingəçevir icra orqanlarına zəng edir, maraqlanıram”.

 

Bunu Modern.az-a Mingəçevirdən seçilən millət vəkili Aydın Mirzəzadə deyib.

 

O qeyd edib ki, Mingəçevirdə yerləşən müxtəlif təşkilat rəhbərləri ilə də mütəmadi əlaqə saxlayır:

 

“Şəhərdə insanların necə qorunması, qadağalara necə əməl olunması ilə bağlı məlumat alıram. Hər gün şəhərdə dezinfeksiya aparılır. Polis patrulları şəhəri gəzir, insanları evdə qalmağa çağırırlar.

 

Eyni zamanda mənim mobil telefonumu Mingəçevirdə sakinlərin əksəriyyəti bilir. Tez-tez zəng edirlər, sosial şəbəkələrdə əlaqə saxlayırlar. Bir sözlə, Mingəçevir şəhəri ilə sıx əlaqəm var. Hansı problemin olması, çətinliklərlə, ümumilikdə vəziyyətlə əlaqədar tam məlumatlıyam”.

 

Deputat Mingəçevir sakinlərinin əhval-ruhiyyəsinin qaydasında olduğunu vurğulayıb:

 

“Sadəcə bir neçə gün əvvəl bir nəfər sosial şəbəkədəki statusuma panika məqsədli bir rəy yazdı. Mən bildirdim ki, həmin şəxsin  rəyi onun üçün cinayət işi açılmasına gətirib çıxara bilər. İstifadəçi qısa müddətdə rəyini sildi.

 

Hər kəs vəziyyətin çətinliyini, qeyri-adi durumda yaşadığımızı anlayır. Hamı bilir ki, virusdan qorunmaq özündən asılıdır. Amma inanırıq ki, vəziyyətdən çıxa biləcəyik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür