Modern.az

Milli Qəhrəmanlarımız evdə qala bilirmi? - “Xəstəxanaya getmək üçün SMS-lə icazə aldım”

Milli Qəhrəmanlarımız evdə qala bilirmi? - “Xəstəxanaya getmək üçün SMS-lə icazə aldım”

6 Aprel 2020, 17:26

Karantin rejimi ilə əlaqədar hər kəs evdə qalmaq məcburiyyətindədir. Təbii ki, bu virusun yayılmasının qarşısını almaq üçün ən effektiv vasitədir.

Aktiv həyat keçirənlər və evdə çox zaman keçirməyənlər üçün isə bu, bir qədər çətindir. Hələ düşünəndə ki, bu şəxslər Milli Qəhrəmanlarımız ola…

 

Maraqlıdır, karantin müddətində Milli Qəhrəmanlarımız necə, evdə qala bilirmi?

 

Milli Qəhrəman Vahid Quliyev Modern.az-a açıqlamasında evdə qalmağın onun üçün çətin olduğunu bildirib:

 

“Həmişə aktiv həyat keçirən biri üçün evdə qalmaq çətindir. Belə ki, hər gün səhər yürüşünə çıxırdım, idman edirdim. Amma indi məcburam ki, ev şəraitində bu işləri görəm. Dövlət evdə qalmağın lazım olduğunu deyirsə, bu da bizim sağlamlığımız üçündür. Təbii ki, hər bir vətəndaş da karantin qaydalarına riayət etməlidir. Hazırda Yeni Yasamalda yaşayıram burda insanlar arasında gediş-gəliş yoxdur, demək olar ki, qaydanı pozmurlar. Həyətə düşənlər də, sadəcə vacib ehtiyacları ödəmək üçün düşürlər. Yəni zibil atmaq üçün, marketə düşmək üçün və s.”.

 

Milli Qəhrəman Maşallah Abdullayev isə deyir ki, el ilə gələn toy-bayramdır:

 

“Bir məsəl var, “el ilə gələn toy-bayram olar”. İndi biz də o cür, hamının getdiyi yolla getməliyik. Evdə vaxt keçirəndə darıxmamaq üçün televizora baxıram, internetdən xəbərləri oxuyuram, gündəlik idman edirəm. Yəni çalışıram ki, evdə olsam da, bir işlə məşğul olum, vaxtım boşuna getməsin”.

 

Maşallah Abdullayev yaşadığı rayonda - Goranboyda da karantin qaydalarına ciddi əməl olunduğunu deyib:

 

“Bu gün xəstəxanaya getmək üçün 2 saatlıq mesaj vasitəsilə icazə aldım. Həqiqətən baxdım ki, küçədə adam azdır, olanlar da maskadan istifadə edir. Yəni yerli camaat karantin qaydalarına əməl edir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər