Modern.az

Koronavirus: mif və reallıqlar

Koronavirus: mif və reallıqlar

Analitika

6 Aprel 2020, 22:19

Koranavirus şaiyələri ilə bağlı vəziyyət –“İnfodemiya” adlanır. Ən yaxın dövrümüzə aid misal: “Virusa qarşı gecə göydən kimyəvi vasitə tökəcəklər”. Eləcə də, şübhəli müalicə və qorunma metodları.


Təəssüf ki, epidemiya və infodemiya  şüurumuzda simbioz anlayışlardır, onları ayırmaq mümkün deyildir.  İnfodemiya anlaşılmaz vəziyyət zamanı yaranır. Onun qarşısını  almaq üçün konkret sosial və psixoloji hərəkətlər lazımdır. Məsələn, “marketdə qıtlıqdır -  şaiyədir” demək əvəzinə, bol məhsullu vitrinləri göstərmək daha doğrudur. Çünki şaiyəinin doğru olmadığını deməklə, onun tirajlanması daha da artır.


Koronavirusla bağlı insanları həyacanlandıran 2 əsas mövzu var: bu bəla necə yarandı və onunla necə davranmalı. Virusun canlı orqanizmdə hansısa mutasiya nəticəsində  meydana gəldiyini qəbul etmək çətindir. Deməli, onu “hardasa” yaradıblar. Beləcə, ksenofobiyalar, qorxular, yeni miflər ortaya çıxır...
Şaiyədən, dezinformasiyadan da pis olanı “İnkar”-dır. Əslində “inkar” – arxetipik mexanizmlərə əsaslanan güclü psixolji müdafiədir.


“Görüşüb-öpüşmək  virus yayır?  Boş şeydir” – xatirinizdədirmi?  Sosial şəbəkələrdə belə statuslar yayanlar çoxdan siliblər mənasız etirazlarını.   “Heç tanışlarınız içində bu virusa düşən varmı?”- deyən inkarçı boşboğazların irişməsinin getdikcə azalması təhlükənin artması, pandemiyanın genişlənməsi fonunda baş verir.

O ki qaldı Çində bu virusla bağlı informasiyaların gecikdirilməsi, bu müəyyən mənada Çernobıl Atom Elektik stansiyasındakı qəzayla müqayisə oluna bilər.  1986-cı ilin aprelin 26-sında olan fəlakət haqqında məlumat “1 may – həmrəylik bayramı”  şənliklərinə gölgə salmamağa görə gec verildi. Sovet hökümətinin bu səhvi daha çox adamın şüalanmasına səbəb oldu. Çinin “Çernobıl sindromuna”  əməl etməsi və gecikmiş addımları  isə epidemiyanın pandemiyaya çevrilməsiylə nəticələndi...
Təəssüf ki, ənənəni davam etdirən ölkələr var. Aprelin 3-ndə Belarusyanın paytaxtında “ Dinamo” və “Torpeda” komandalrının futbol matçı keçirildi. Avropada sərhədlərini bağlamayan yeganə ölkə olan  Belarusya  “9 may –Qələbə günü”  keçirməyə hazırlaşır. Bunlar isə, koronvirusun qələbəsinə yaradılan imkanlardır.
İndi koronavirus mifləriylə bağlı çoxlarımızın bildiyi həqiqətləri paylaşaq.  Deyirlər axı, “Təkrar ...

-    Günəş və ya 25 ° C-dən yuxarı temperatur COVID-19-un qarşını alır.

YANLIŞ: COVID-19-la  havanın nə qədər günəşli və isti olmasından asılı olmayaraq yoluxmaq mümkündür. İsti iqlimlərdə də  koronavirus yayılır.

DOĞRU: Özünüzü qorumaq üçün əllərinizi tez-tez və yaxşıca yumalı və gözlərinizə, ağızınıza və burnunuza toxunmamalısınız. Koronavirus  müalicə edilə bilən bir xəstəlikdir. Yeni bir koronavirus infeksiyası,  insanın bu virusun  ömür boyu daşıyıcısı olacağı demək deyil.  COVID-19 ilə yoluxmuş insanların əksəriyyəti sağala bilər və sağalır. Öskürək, atəş və nəfəs darlığı varsa, dərhal tibbi yardım almalısınız.

-    Bir öskürək və ya narahatlıq yaratmadan nəfəsinizi 10 saniyə və ya daha çox tuta bilirsinizsə  koronavirusa yoluxmamasınız.

YANLIŞ: COVID-19-un  ən çox görülən simptomları quru öskürək, yorğunluq və qızdrımadır. Lakin yuxarıdakı nəfəs məşqlərindən istifadə edərək infeksiyanı təsdiqləmək mümkün deyildir.

DOĞRU: COVID-19-a səbəb olan bir virusla yoluxmağın təsdiqlənməsinin ən doğru yolu laboratoriya müayinəsidir.  Amma sipmtomlar yoxsa “hər ehtimala qarşı” test olunmaq istəyi psixoz əlamətidir.

-    Qaynar vanna qəbulu infeksiyanın qarşını alır.

YANLIŞ: Vannada və ya duşda olan suyun istiliyində asılı olmayarq insan bədənin temperaturu 36,5°S ilə 37°S arasındadır. Qaynar vanna orqanızmə zərər vurar və yanıqlar əmələ gətirə bilər.

-    Ultrabənövşəyi dezinfeksiya lampası (UV lampası)  koronavirusu  məhv edə bilir.

YANLIŞ: UB lampaları əlləri və ya dərinin digər sahələrini sterilizasiya etmək üçün istifadə edilməməlidir, çünki ultrabənövşəyi radiasiya dərinin (qıcıqlanmasına) səbəb ola bilər və eritema yaradar.

-    Yeni koronavirus  ilə yoluxanların aşkarlanmasında termal skanerlər tam effektlidir.

YANLIŞ: Termal skanerlər  yoluxma nəticəsində qızdırması olan insanları aşkar edə bilər. Lakin bu texnologiyanı istifadə edərək qızdırma mərhələsindən əvvəldə olan yoluxanları müəyyən etmək mümkün deyil. İnfeksiya anından temperaturun artmasına qədər isə, bədənin müqavimətindən asılı olraq iki gündən on (on dörd) günədək vaxt  keçir.
-    Burunun duzlu su ilə müntəzəm yuyulması koronavirus ilə yoluxmadan qoruyur.

YANLIŞ:  Burunun duzlu su ilə müntəzəm yuyulmasının yeni koronavirus infeksiyasından qoruya biləcəyinə dair elmi dəlil yoxdur.  Bəzi məlumatlara görə, burnun duzlu su ilə müntəzəm yuyulması ümumi bir soyuqdəymədən sağalmanı sürətləndirə bilər. Bununla birlikdə yoluxucu xəstəliklərin qarşısını almaq üçün bir vasitə olaraq burun yuyulmasının effektivliyinə dair heç bir dəlil yoxdur.

-    Bütün bədən səthini etanol və ya xlorla yumaq yeni koronavirusu  məhv edə bilər.

YANLIŞ: Bütün bədəni alkoqol və ya ağartma ilə müalicə etmək, artıq bədənə daxil olmuş virusları məhv etməyəcək. Bu cür maddələrin püskürməsi  selikli qişalara (yəni gözlər, ağız) zərər verə bilər. Həm alkoqol, həm də xlor qarışığı  səthləri dezinfeksiya etmək üçün təsirli vasitə ola biləcəyini xatırlamaq lazımdır, lakin onlar müvafiq hallarda və qaydalara uyğun istifadə edilməlidir.

-    Sarımsaq koronavirus infeksiyasından qoruyurmu?

YANLIŞ: Sarımsaq -  müəyyən antimikrob  xüsusiyyətlərə malikdir və  sağlıq üçün xeyirlidir. Halbuki,  koronavirus ilə yoluxmanın qarşısını almaq üçün bir vasitə olaraq sarımsağın qəbul edilməsinə dair heç bir dəlil yoxdur.

-    Spirli içki qəbulu koronavirusun qarşısın alır.

YANLIŞ: Alkoqol qəbulu immuniteti zəiflədir və virusa yoluxma üçün münbit şərait yaradır.

DOĞRU: Təbii qida və vasitələrlə,  normal yuxu rejimi ilə immunitetinizi qoruyun. Ən əsası infeksiya ola biləcək ortamlardan qaçın.

-    COVID 19 daşıyıcısı isti nəm iqlımdə yayılır.

YANLIŞ:  COVID 19 daşıyıcısı istənilən havada, o cümlədən isti nəm iqlım şəraitində yayıla bilir. Soyuq və qarlı hava koranavirusu məhv etmir.

DOĞRU: Fərdi mühafizənin ən əsas yolu əlləri mütamadi yumaq və antiseptik vasitələrdən istifadə etməkdir.  

 

Zənnimizcə, yazını ispan alimi Miguel Araujonun fikriylə bitirmək daha yaxşı olar: “Virus insandan insana keçir. Hər hansı bir yerdə insan nə qədər çox olarsa və bir-biri ilə nə qədər çox təmasda olarsa, infeksiyaya yoluxma halları da bir o qədər çox olar. Bu, virusun necə yayılmasını anlamaq üçün vacibdir".
Bu mif deyil, günümüzün reallığıdır. Bunu planetimizn vahid identlikliyi tələb edir.

 

 

Şöhrət Eyvazov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi