Modern.az

Pasxa bayramı bu gün çıxır

Pasxa bayramı bu gün çıxır

Mədəni̇yyət

19 Aprel 2020, 09:18

Bəzi inanclı insanlar aprelin əvvəlinin nisbətən soyuq keçməsini Pasxa bayramı ilə əlaqələndirirlər. Qeyd edilir ki, Pasxa bayramı çıxandan sonra havalar istiləşməyə başlayır.

Pasxa İsa peyğəmbərin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır. 
 
Bu bayram xristianlıqda ən vacib ayindir və böyük şadyanalıqla qeyd olunur.

Bu bayramın xüsusi himni və mahnıları var.

Modern.az-ın məlumatına görə, bu il Pasxa bayramı 8 aprel tarixində başlayıb 19 aprelədək davam edəcək.

Qeyd edək ki, Pasxa  Qriqori və Yulian təqvimlərində (hər ikisi günəşin dövrəsinə və fəsillərə əsaslanan təqvimdir) konkret gündə qeyd edilmədiyinə görə tarixi dəyişən bayramlardır. 

Şərq xristianlığında Pasxa gününün hesablanması zamanı Yuli təqviminə əsaslanırlar.

Qərb xristianlığı isə Qriqori təqviminə əsaslanır.

Bu il Qriqori təqviminə görə, Pasxa bayramı 12 aprelə təsadüf edib. Yuli təqviminə görə isə bayram 19 apreldə qeyd olunur.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir