Modern.az

Biz birlikdə güclüyük - ailələrə yardım kampaniyası - VİDEO

Biz birlikdə güclüyük - ailələrə yardım kampaniyası - VİDEO

Aktual

8 Aprel 2020, 12:58

Sosial şəbəkələrdə bir qrup insan pandemiya zamanında əhalinin həssas qruplarına dəstək olurlar. İnsanlar müxtəlif qruplar yaradaraq xüsusi ehtiyacı olan şəxsləri müəyyənləşdirir, onlara ərzaq yardımı edir, müxtəlif köməklik göstərirlər. Müğənnilər də hökumətin tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə dəstək olaraq ağır sosial vəziyyəti olan ailələr üçün maddi yardım kampaniyasına başlayıblar. Həmkarları üçün nümunə olacaq belə şou-biznes nümayəndələri arasında müğənni Elvin Mirzəyev, Şəbnəm Tovuzlu və idmançı Kamil Zeynallı var. Bir sıra mağazalar isə karantin rejimi müddətində ehtiyacı olan şəxslərə pulsuz çörək verərək dəstək olurlar.

 

Belə bir zamanda ehtiyacımız olan əsas dəyərin yardımlaşmaq olduğunu unutmayaq.Bu günlərdə bir vətəndaş kimi sosial məsuliyyətimizi dərk edərək evdə qalaq, zərurət olmadıqca evdən çıxmayaq və ehtiyacı olanlara yardım edək. Çünki biz birlikdə güclüyük.

 

Modern.az videonu təqdim edir.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!