Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə snayperlərin hazırlığı yoxlanılır.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, snayper qrupları böyük məsafələrə yürüş, əlverişli mövqelərin tutulması, mövqelərin maskalanması, ərazi kəşfinin aparılması, yanlış snayper mövqelərinin qurulması, müxtəlif məsafələrdəki hədəflərə fərdi və qrup halında atışlar icra edirlər.