Modern.az

31 deputat Milli Məclisin sabahkı iclasına getməyəcək - SƏBƏB AÇIQLANDI

31 deputat Milli Məclisin sabahkı iclasına getməyəcək - SƏBƏB AÇIQLANDI

Aktual

8 Aprel 2020, 14:26

Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclas saat 11:00-da başlayacaq.

 

Ötən plenar iclasda 65 yaşdan yuxarı olan deputatlar Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin qaydalarina riayət edərək, iclasa qatılmamamışdılar.

 

Maraqlıdır, parlamentin 65 yaşdan yuxarı deputatları Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara bu dəfə də riayət edəcəklərmi?

 


Yoxsa qaydaları pozub Milli Məclisin plenar iclasına qatılacaqlar?

 


Modern.a
z saytı Milli Məclisin 65 yaşdan yuxarı olan bir neçə deputatı ilə əlaqə saxlayıb.

 


Vahid Əhmədov 
bu dəfə də iclasa qatılmayacağını bildirib:


“Qanun hamı üçündür. Keçən dəfə də qatılmadım. Sabah da qatılmayacam. Qoyulan qaydalara riayət etmək məcburiyyətindəyəm”.

 


Tahir Rzayev
 də qaydalara əməl edəcəyini deyib:

 


“Mütləq qaydada tələb olunan qaydalara əməl edəcəm. Plenar iclasa qatılmayacam. 65 yaşdan yuxarı olan deputatlar digərlərinə də nümunə olmalıdır. “Deputatın statusu haqqında” qanuna dəyişiklik layihəsi hələlik birinci oxunuşdan keçib. Nə vaxt tam qəbul olunsa, o zaman iclaslara qatılacam”. 

 

Madər Musayevin sözlərinə görə, bu dəfə də 65 yaşdan yuxarı olan həmkarlarına qoşulacaq:

 

 “Təbii ki, plenar iclasa mən də dəvət edilmişəm. Ancaq ümumi məsələlər var ki, onlara tabe olmaq zorundayıq. İclasa getməyəcəm”

 

 

Cavanşir Paşazadə qaydalara əməl edəcəyini bildirib:

 

“Əgər dövlətimiz “evdə qalın” deyirsə, biz də buna əməl etməliyik. 65 yaşdan yuxarı deputat Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydanı pozub iclasa qatılarsa, digər vətəndaş buna haqlı olaraq etiraz etməzmi?! Hesab edirəm ki, evdən çölə çıxmamaq məsləhətdir. Birmənalı olaraq plenar iclasa  qatılmayacam”.

 

Anatoliy Rafailov da qaydaları pozmayacağını söyləyib: “Plenar iclasa qatılmayacam”.

 

Fəzail Ağamalı da iclasa qatılmayacağını vurğulayıb: “Hər bir qayda-qanuna əməl etməyə çalışan insanam. Nə qədər ki bu məsələ ilə bağlı alternativ qanun qəbul olunmayıb, qaydalara riayət edəcəm. Plenar iclasa qatılmayacam”.

 

Qeyd edək ki, Milli Məclisin yaşı 65-dən yuxarı 31 deputatı var.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir