Modern.az

COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına TƏSİRİ   

COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına TƏSİRİ   

8 Aprel 2020, 14:00

Bu gün dünyada  tüğyan edən COVİD-19 pandemiyası  bir çox sahələrdə əsaslı çətinliklər yaratmaqdadır. Bir tərəfdən insanlar   sağlam qalmaq üçün gözəgörünməz düşmənlə - virusla mübarizə aparır. Digər tərəfdən isə  dünya iqtisadiyyatı iflas ərəfəsindədir, bəşəriyyət yeni ictimai, iqtisadi və sosial təlatümlər içərisindədir. Bütün bu hadisələrin fonunda  narahatedici məqamlardan biri də ailədaxili münaqişələrin və məişət zorakılığı (bu və ya digər formasının) hallarının baş verməsidir.

 

Pandemiyalar da daxil olmaqla, istənilən böhran vəziyyətində gender əsaslı zorakılıq halları artır və bundan daha çox qadınlar və qızlar əziyyət çəkir. Sual oluna bilər ki, necə? Axı qadın ən etibarlı yerdə - öz evindədir.  Adətən qeyd edirlər ki, qadınların əksəriyyəti yad insanlar tərəfindən zorakılığa məruz qalır. Onlar öz evlərində tamamilə müdafiə olunmuş şəxslərdir. Lakin reallıqda isə biz bunun əksinin şahidi oluruq. Belə ki, tədqiqatlar da sübut edir ki, qadınların əksəriyyəti məhz tanıdıqları insanlar tərəfindən zorakılığa məruz qalır. Məlumat üçün bildiririk ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Məişət Zorakılığı üzrə Məlumat Bankına yığılan məlumatların təhlili də göstərir ki, ailədə baş verən zorakılıq haqqında  vəziyyətin ən son həddində polis və ya digər orqanlara məlumat verilir. Bir çox hallarda isə bu haqda uzun müddət informasiya verilmədiyindən zorakılığın ağır nəticələrini müşahidə edirik. Bu isə öz növbəsində ailə-məişət zorakılığının qurbanlarının sayına təsir edir. Yığılan məlumatlara əsasən qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu 68,4% faizdir. Qadınların 12,1%-i keçmiş həyat yoldaşları, 11,9%-i isə qeyri-rəsmi yaşadığı kişi tərəfindən zorakılığa məruz qalırlar. Gender əsaslı zorakılıq halları demək olar ki, bütün dünya ölkələrində  çoxluq təşkil edir. Aparılan bir çox araşdırmalar nəticəsində  məlum olmuşdur ki, hər 3 qadından biri nə  vaxtsa zorakılığa məruz qalmışdır, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür.

 

Bu qeyd etdiyimiz faktlar pandemiyadan əvvəl olan göstəricilərdir.  Əlbəttə ki, COVİD-19-un qarşısını almaq üçün sosial təcrid və karantin vacibdir. Lakin mütəxəssislər bildirirlər ki,  bu ailə üzvləri arasındakı münaqişələr, xüsusilə də qadınlara qarşı qəddar davranışların, o cümlədən, qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb ola bilər. Bəzi ölkələrdə zorakılığa qarşı dəstək xidmətinə müraciət edən qadınların sayı iki dəfə artıb. Bütün ölkələrdə dəqiq statistika aparılmasa da, İspaniyanın Kataloniya bölgəsində məişət zorakılığının 20%, Kiprdə 30% və Braziliyada 50% artması məlumdur. Çində ailədaxili şiddətin 90%-i izolyasiyada saxlanılan cütlüklər arasında qeydə alınan faktlardan ibarətdir. Həmçinin İtaliya, Fransa, Almaniya, Türkiyə, Hindistan və digər  ölkələr də izolyasiya tədbirlərinin ailədaxilində zorakılıq üzrə göstəricilərə ciddi təsir göstərdiyi vurğulanır. Hətta bu sahə üzrə ekspertlər ailədə sosial izolyasiya səbəbindən zorakılığa məruz qalma hallarının artacağını qeyd edirlər. İlk növbədə biz risk qruplarını ayırd etməliyik. O zaman belə bir təsnifat vermək olar: 

  1. Sosial izolyasiya rejimindən də əvvəl zorakılıq halları qeydə alınan və müşahidə edilən münaqişəli ailələr;
  2. Pandemiyadan irəli gələrək həyat səviyyəsi pisləşən ailələr; (Bir çox hallarda ailənin iqtisadi vəziyyəti qarşılıqlı münasibətlərdə zəiflik yarada,  həmin insanların davranışlarında aqressiyanı artıra bilər ki, bu zorakılıq üçün bir əsasa çevrilə bilər)
  3. Xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud ailə üzvü ilə birgə yaşayan ailələr;  (Belə şəxslərin immun sisteminin nisbətən zəif olması ailənin digər üzvlərində narahatlığı artırır, nəticədə zorakı davranışlar, bir- birini qarşılıqlı ittiham etmələr baş verir)
  4. Psixoloji xəstəlikdən əziyyət çəkənlər yaxud belə problemi olan ailə üzvü ilə  birgə yaşayan şəxslərdir.

 

Qeyd etmək lazımdır ki,  hətta BMT-nin baş katibi Antonio Quterreş bütün ölkələri COVİD-19 pandemiyası zamanı artan gender əsaslı zorakılıq hallarına qarşı tədbirlər görməyə çağırıb. COVID-19 infeksiyasının yayılması qlobal pandemiyaların fəsadlarının gender bərabərliyi  baxımından təsirinin təhlil edilməsi aktual məsələlərdən biridir. Çünki, hazırda bütün dünyada adiyyatı orqan və təşkilatların, hətta sığnacaqların da pandemiya ilə əlaqədar olaraq iş yükü daha da artıb. Və bəzi hallarda məişət zorakılığı və onun qurbanlarına ediləcək yardımlar nisbətən arxa plana keçib.  Buna görə də COVID-19 böhranı, eləcə də, digər ekstremal şəraitdə gender əsaslı zorakılığa qarşı əlaqələndirilmiş (multisektoral) cavab tədbirlərinin və müvafiq yönləndirmə mexanizmlərinin mövcud reallığa uyğun şəkildə təkmilləşdirilməsi və icmaların bu barədə məlumatlandırılması zərurəti yaranır. Beləliklə, gender əsaslı zorakılığa məruz qalmış və ya bu risklə üzləşən qadın və qızların hüquqlarının böhran vəziyyətində də dayanıqlı şəkildə müdafiəsini təmin etmək  günün vacib məsələlərindən birinə çevrilməkdədir.

 

Əgər biz hazırkı vəziyyəti  gender bərabərliyi nöqteyi nəzərindən təhlil etsək görərik ki, qadınlar daha həssas durumdadırlar. Belə ki,qadınlar hazırda dünya üzrə səhiyyə və sosial xidmət işçilərinin 70%-ni  (Azərbaycanda isə 77,6%) təşkil edir. İstər-istəməz bu qadınlar karantin rejiminə baxmayaraq, iş fəaliyyətini davam etdirirlər. Digər tərəfdən isə onların ailə-məişət zəminində iş yükü daha da artır (məsələn, təhsil müəssisələrinin müvəqqəti bağlanması şəraitində uşaqların təhsili ilə məşğul olmaq, qadının ailə üzvlərinə göstərdiyi qayğının belə dövrlərdə daha da artması və s.).  O zaman ailə üzvləri bir-birinə qarşı anlayışla, hörmətlə yanaşmalı, tolerantlıq nümayiş etdirməlidirlər. Əlbəttə ki, bunun üçün bir neçə

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər