Modern.az

Bakıda iş adamı karantini pozdu - maşınla yol qurğularını qırdı

Bakıda iş adamı karantini pozdu - maşınla yol qurğularını qırdı

8 Aprel 2020, 16:20

Bakı-Ələt yolundakı karantin postunda insident bas verib.

 

Modern.az “Report”a istinadən məlumat verir ki, Rəmzi Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçıb.

 

Polis əməkdaşlarının gördüyü tədbirlər R.Şükürov saxlanılıb. Onun müvafiq qaydada cəzalandırılacağı gözlənilir.

 

Qeyd edək ki, Rəmzi Şükürov iş adamıdır. Onun şirkəti çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur. Atası Əvəz Şükürov da "tikinti kralı" kimi tanınır. Onlar barəsində mətbuatda dəfələrlə qalmaqallı məqalələr dərc olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?