Modern.az

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda xeyriyyə aksiyası keçirdi    

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda xeyriyyə aksiyası keçirdi    

8 Aprel 2020, 16:39

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi koronavirus epidemiyasının törətdiyi çətinlikləri aradan qaldırmaq məqsədi ilə  “Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirib.

 

Mərkəzdən Modern.az-a verilən məlumata görə, xeyriyyə aksiyasına əsasən paytaxt Daşkənddə yaşayan bir sıra imkansız və maddi vəziyyəti çətin olan azərbaycanlılara və özbəklərə, habelə Daşkənddəki 30 saylı uşaq evinin kimsəsiz uşaqlarına ərzaq verilib.

 

Bununla əlaqədar Mədəniyyət Mərkəzinin əməkdaşları xüsusi sovqatlar hazırlayaraq onları evlərə çatdırmış, daha imkansız ailələrə pul vəsaiti verilib, onları “Evdə qal” aksiyasına əməl etməyə çağırıblar.

 

Azərbaycan Mədəniyyət Mərkəzinin Daşkənddə himaəyə götürdüyü 30 saylı uşaq evinin kimsəsiz uşaqlarına da xüsusi sovqatlar və ərzaq təqdim edilib. Sözügedən uşaq evində azərbaycanlı və özbək kimsəsiz uşaqlar yaşayır və təhsil alırlar.

 

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları bundan öncə də Azərbaycan Səfirliyində yaradılan xüsusi Fonda da vəsait köçürərək Özbəkistanda qalan Azərbaycan vətəndaşlarına dəstək ifadə ediblər.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bütün xeyirsevər insanları dövlətlərimizin, maddi vəziyyəti çətin olan insanlarımızın yanında olmasını və onlara dəstək olmasına çağırıb.

 

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov vətəndaşlarımızın sağlamlığının dövlətlərimizin gələcəyi üçün mühüm olduğunu qeyd edib, ölkələrimiz üçün ən əsas amilin insanlarımızın sağlamlığı olduğunu bildirib. O, xəstəliyə yoluxan hər bir nəfərin potensial virus daşıyıcısı olduğunu bildirərək, onun kontrolunun reallıqda olduqca çətin olduğunu bildirib.

 

Samir Abbasov vətəndaşlarımızı dövlətlərimizin çağırışına cavab verərək, evdə qalmaqlarına və bununla da ətraflarını, ailələrini, kontaktda olduqları hər bir kəsi qorumağa və nəticədə isə dövlətimizi çətin vəziyyətdə qoymamağa çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür