Modern.az

Prezident Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyət verdi

Prezident Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyət verdi

8 Aprel 2020, 16:44

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında 23 iyul 2015-ci il tarixli fərmanına dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, fərmanla Agentliyə yeni səlahiyyət verilib.

 

Qurum bundan sonra aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini həyata keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir