Modern.az

Nazirlər Kabinetindən dövlət qurumlarına İTTİHAM

Nazirlər Kabinetindən dövlət qurumlarına İTTİHAM

8 Aprel 2020, 17:15

“Aprelin 7-8-də 3073 nəfər qayda pozan vətəndaş haqqında inzibati tədbir görülüb”.

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabienti yanında Operativ Qəragahın brifinqində mətbuat katibi İbrahim Məmmədov bildirib.

İ.Məmmədov qeyd edib ki, bu rəqəmlər bir sutka üçün çoxdur:

“Bunlar polisin ortaya çıxardığı, yaxaladığı və inzibati tədbirləri tətbiq etdiyi hallardır. 12 nəfər inzibati qaydada həbs edilib,  2 ictimai iaşə obyektinin fəaliyyətini davam etdirdiyi aşkarlanıb, 1 cinayət işi üzrə 2 nəfər həbs edilib. Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayan 1 nəfər həbs edilib, 1 nəfər haqqında inzibati tədbir görülüb, 2 nəfər jurnaslitik vəsiqəsi satdığı üçün saxlanılıb”.

 

NK rəsmisinin sözlərinə görə, lüzumsuz zənglər, icazələrin saxtalaşdırılması halları həddindən çoxdur:

“Qanunsuz icazə istəkləri çoxdur. Hətta dövlət qurumlarında əməkdaşlarının 30 faizindən çox olmayaraq işə çağırılması ilə bağlı göstəriş verilsə də, daha çox əməkdaşa icazə alıblar. Başqa şirkətlər tərəfdən qeyri-qanuni icazələr aınması halları da aşkarlanıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?