Modern.az

Hökumətdən karantin rejiminin daha da sərtləşdirilməsini istəyəcəyik!” - XƏBƏRDARLIQ

“Hökumətdən karantin rejiminin daha da sərtləşdirilməsini istəyəcəyik!” - XƏBƏRDARLIQ

8 Aprel 2020, 17:36

“Vətəndaşlar karantin rejimini pozmaqda davam edərcəklərsə, biz Nazirlər Kabinetinə müraciət edərək, qərarların sərtləşdirilməsini istəyəcəyik”.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.


R.Bayramlı qeyd edib ki, vətəndaşlar 2-3 həftə səbr edib evdə qalarlarsa, vəziyyəti nəzarət altına almaq mümkün olacaq:

“Karantin qaydalarına riayət etməsək, süni tənəffüs aparatına qoşulacaq xəstələrin sayı çoxalsa, bizi acı nəticələr gözləyəcək. Qonşu ölkələrin təcrübəsi göstərir ki, süni tənəffüs aparatına qoşulan xəstələrin çoxu itirilir. Bunun da səbəbi yaşlı, yanaşı xəstəliyi olan şəxslərdə ağciyərin ciddi zədələnməsidir”.

R.Bayramlı deyib ki, təəssüf ki, karantin zonalarında vətəndaşlar qaydalara əməl etmirlər. 

 

O bildirib ki, gömrük-keçid məntəqələrinin yaxınlığında otellər tibb məntəqəsinə çevrilib:

“Orada tibb işçiləri profilaktik müayinələr həyata keçirirlər. Poliklinikanın baş həkimi öz iş yerini ora köçürüb. Həmin tibb işçilərinə öz təşəkkürümü bildirirəm. Təəssüflər olsun ki, vətəndaşlar karantin rejiminə bəzən əməl etmirlər. Nəticədə biz müəyyən edirik ki, virus olan şəxsin təmasda olduğu şəxslər də yoluxub. Ona görə də karantin zonalarında toplaşmaq olmaz. 

Eyni zamanda diaqnostika tədbirləri də davam etdirilir. Yaxın günlərdə testlərin sayının artırılması da nəzərdə tutulub. Təcili yardım əməkdaşları simptomları olan şəxslərdən evlərdə nümunələr götürürlər. Həmin şəxslərə testlərin cavabı çıxana kimi evdə qalmaq tapşırılır”.

 

R.Bayramlı qeyd edib ki, həkimlərin geyindiyi geyimləri kim geyinsə, 1 saat da dayana bilməz:

“Ona görə də insanlardan anlayış göstərmələrini xahiş edirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!