Modern.az

53 min adam virus testindən keçirilib, 3 min nəfər karantində saxlanılır - RƏSMİ

53 min adam virus testindən keçirilib, 3 min nəfər karantində saxlanılır - RƏSMİ

8 Aprel 2020, 17:41

“Koronavirusdan ümumi sağalan 63 nəfərdir, 8 nəfər ölüb. Hazırda 750 xəstəmiz var”. 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib.

R.Bayramlı deyib ki, 53 mindən artıq test keçirilib: “Ötən həftə ilə müqayisədə yoluxma hallarının artması müşahidə olunub. İnkubasiya dövrü tamamlandıqda təcili yardıma zənglər artır, koronavirusa yoluxanlar artır”.

Onun sözlərinə görə hazırda karantində olan şəxslərin sayı 3 mindən artıqdır, ötən həftə onların sayı 4 mindən artıq idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?