Modern.az

TƏBİB-in sədri: “Karantin yerlərində yoluxma halları artır”

TƏBİB-in sədri: “Karantin yerlərində yoluxma halları artır”

Aktual

8 Aprel 2020, 17:52

“TƏBİB bir səhiyyə qurumu və Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü olaraq pandemiyanın başladığı ilk gündən fəaliyyət planlarını qurub. ÜST və  beynəlxalq  təcrübəyə uyğun fəaliyyət planımızı daha da təkmilləşdiririk”.


Modern.az
-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

R.Bayramlı qeyd edib ki, profilaktik iş olaraq ölkə xaricindən gələnlər karantinə yerləşdirilib:

“Bunun üçün logistika və fəaliyyət planı əvvəldən tərtib olunub. Yüksək səviyyəli karantin yerləri hazırlanıb, onların əksəriyyəti hotellərdir. Karantin yerlərində bütün mərtəbələrdə həkim və tibb bacıları müayinə aparırlar.

14-21 ərzində karantin zamanı müayinələr davam edir və pozitiv hal olanda dərhal həmin şəxsi izolyasiya edirik. Təəssüf ki, karantin rejimində olanlar bəzən buna tam əməl etmirlər, nəticədə yoluxma halları artır. Eyni zamanda həmin şəxsdə virus aşkar edəndən sonra onunla təmasda olanlar da aşkarlanır. Fəaliyyətin ikinci hissəsi diaqnostikadır. Hazırda laboratoriyaların sayı 15-ə çatıb, biz testlərin sayını da artıracağıq”.

 

Onun sözlərinə görə, hazırda gündəlik 3000 test edilir, yaxın zamanlarda bu, 5000-ə çatdırılacaq:

“Pozitiv hal aşkarlanan kimi həmin şəxsi izolyasiya edəcəyik. Logistika planına uyğun olaraq regionlarda olan bütün müayinələr təcili tibbi yardımın 24 saat fəaliyyət göstərməsi nəticəsində laboratoriyalara aparılır. Təcili yardım əməkdaşları çağırış olan kimi evə gedir, analiz götürürlər. Kimdən analiz götürülürsə, cavab çıxana kimi tapşırılır ki, evdə izolyasiya olsunlar. 22 tibb müəssisəsində hazırda koronavirus xəstələri yerləşdirilir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür